Tarix:08/08/11
“Bakinternet” internet bazarına liderlik edir
Azərbaycandakı internet xidmətləri bazarının ikinci səviyyəli internet provayderləri “Bakinternet” və “Uninet” bazara liderlik edirlər. “Connect” şirkəti isə “Azeronline” şirkətini sıxışdıraraq internet xidmətləri bazarının liderlər üçlüyünə yenidən daxil olub. Bunu “Delta Telecom” şirkətinə məxsus olan magistral provayderin saytında yerləşən interaktiv qrafık göstərir. Qrafika görə, geniş-zolaqlı internet-trafikdə “Bakinternet”in payı 19,76% “Uninet”in payı isə 11,78% təşkil edir. Daha sonra gəlir “Stelford” (Connect) - 10,45%, “Dataplus” -8,07%, “Superonline” - 6,97%, “Ultel” - 5,39%, “Adanet” - 3,62%, “Aztelekom” - 4,5%, “Azstarnet” - 3,09%, “Azeurotel” 2,63%, “Smart” - 2,18%, “Avirtel” - 1,57%, “Transeurocom”- 1,38%, “Nakchivan” - 0,98%, “Azdatacom” (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi) - 0,94%, “Aznet” - 0,41%, “Datacell” - 0,00%, “Caspel” - 0,36%, “İntrans” - 0,29%, “Bakcell” - 0,57%, “Azintex” - 0,31%, “Castel” - 0,37%, “Azerin” - 0,11%, “Globalnet” - 0,14%. “Azerfon” internetə “Azertelecom” şirkətinin broadband-şəbəkəsindən daxil olur (trafik – təxminən 0,60%). “Azercell Telecom” şirkətinə gəldikdə isə bu operatorun məlumatları qrafikdə əks olunmayıb, çünki bu operator “Delta Telecom” xidmətlərindən istifadə etmir və internet-trafiki öz “Azeronline” filialının platformasından alır.Baxış sayı: 1118
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib