Tarix:23/08/13
"Azərbaycanda rabitə və informasiya texnologiyaları xidmətləri istehlakçılarının hüquqlarının qorunması tam təmin ediləcək. Rabitə operatorları və provayderlər göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyacaqlar".
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə bildirib ki, bu, mobil rabitə operatorları ilə yanaşı, internet provayderlərinə aid ediləcək.
"Avqustun 1-dən etibarən Mobil Nömrələrin Daşınması sistemi istifadəyə verilməliydi, lakin texniki səbəblərdən bu proses yubanıb və hər bir yubanma gününə görə hər bir operator məsuliyyət daşıyacaq. Bu, eyni zamanda internet provayderlərin şəbəkəsində portların daşınması xidmətlərinin provayderlər arasında onlayn rejimdə həyata keçirilməsinə də aid ediləcək. Bu gün artıq onlayn sistem yaradılıb və yaxın vaxtlarda müəyyən hüquqi baza qaydaları təsdiq edildikdən sonra istifadəyə veriləcək. Azərbaycanda 40-dan çox provayder var və onların istifadəçilərinin istehlakçı hüquqlarının təmin edilməsi üçün yaradılmış bu sistem vasitəsilə istifadəçilər istənilən vaxt bir provayderin şəbəkəsindən digər şəbəkəyə onlayn qeydiyyat sistemi üzərindən keçə biləcəklər",- deyə nazir qeyd edib.
Aynur Vəliyeva
"Rabitə operatorları və internet provayderləri göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyacaqlar"

Baxış sayı: 1007
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı