Tarix:24/08/13
Bu barədə "ICTnews" xəbər xidmətinə "Azərkosmos" ASC-nin mətbuat xidmətindən bildirilib. ASC-dən qeyd edilib ki, "Azerspace-1" peyki telekommunikasiya peyki olduğundan, peyk üzərindən yayım və rabitə xidmətləri təqdim edilir. Peyk üzərindən televiziya yayımı ilə yanaşı, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları və VSAT (yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsi) xidmətlərinin təşkil edilməsi mümkündür: "Bu xidmətlərdən müştərilər səs və görüntü, internet, verilənlər və s. məlumatların qəbul edilməsi və ötürülməsi məqsədilə istifadə edə bilərlər".
"Azərkosmos"dan əlavə edilib ki, internet xidməti təqdim olunan "Data xidməti qrupu"na daxildir: "Biz "Azərkosmos" olaraq Data xidməti üçün peyk tutumu təklif edirik və artıq müştərimiz özü qərar verir ki, həmin tutumu internet, qapalı korporativ şəbəkə və ya VSAT məqsədilə istifadə etsin. Bu mənada, müştərinin peykin tutumunun hansı hissəsinin internet üçün istifadə etdiyini söyləmək mürəkkəbdir; ola bilər ki, müştəri aldığı peyk tutumundan müəyyən müddət ərzində internet məqsədilə istifadə etsin, sonra isə VSAT xidmətləri üçün yararlansın. Yəni buradan dəqiq internet trafikini ayırmaq və statistika aparmaq çətindir".
"Data xidməti verilməsi ilə bağlı müştərilərlə görüşlər keçirilirmi" sualına isə ASC-dən belə cavab verilib: "Azərkosmos" tərəfindən aparılan davamlı marketinq fəaliyyəti peykin tutumlarından yayım və ya rabitə məqsədilə istifadə etmək istəyən potensial müştərilərin tapılması və onlarla səmərəli işgüzar münasibətlərin qurulması məqsədinə xidmət edir və bu istiqamətdə işlər mütəmadi olaraq həyata keçirilir".
SEYMUR
“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir
"Azerspace-1" telekommunikasiya peykinin xidmətlərindən bir sıra sahələrdə, xüsusilə maliyyə və bankçılıq, neft sənayesi, təhsil və səhiyyə sahələrində tətbiq edilə bilər və bütün bu xidmətlərin göstərilməsi üçün milli peyk zəruri texniki imkanlara malikdir.Bu barədə "ICTnews" xəbər xidmətinə "Azərkosmos" ASC-nin mətbuat xidmətindən bildirilib. ASC-dən qeyd edilib ki, "Azerspace-1" peyki telekommunikasiya peyki olduğundan, peyk üzərindən yayım və rabitə xidmətləri təqdim edilir. Peyk üzərindən televiziya yayımı ilə yanaşı, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları və VSAT (yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsi) xidmətlərinin təşkil edilməsi mümkündür: "Bu xidmətlərdən müştərilər səs və görüntü, internet, verilənlər və s. məlumatların qəbul edilməsi və ötürülməsi məqsədilə istifadə edə bilərlər".
"Azərkosmos"dan əlavə edilib ki, internet xidməti təqdim olunan "Data xidməti qrupu"na daxildir: "Biz "Azərkosmos" olaraq Data xidməti üçün peyk tutumu təklif edirik və artıq müştərimiz özü qərar verir ki, həmin tutumu internet, qapalı korporativ şəbəkə və ya VSAT məqsədilə istifadə etsin. Bu mənada, müştərinin peykin tutumunun hansı hissəsinin internet üçün istifadə etdiyini söyləmək mürəkkəbdir; ola bilər ki, müştəri aldığı peyk tutumundan müəyyən müddət ərzində internet məqsədilə istifadə etsin, sonra isə VSAT xidmətləri üçün yararlansın. Yəni buradan dəqiq internet trafikini ayırmaq və statistika aparmaq çətindir".
"Data xidməti verilməsi ilə bağlı müştərilərlə görüşlər keçirilirmi" sualına isə ASC-dən belə cavab verilib: "Azərkosmos" tərəfindən aparılan davamlı marketinq fəaliyyəti peykin tutumlarından yayım və ya rabitə məqsədilə istifadə etmək istəyən potensial müştərilərin tapılması və onlarla səmərəli işgüzar münasibətlərin qurulması məqsədinə xidmət edir və bu istiqamətdə işlər mütəmadi olaraq həyata keçirilir".
SEYMUR
Baxış sayı: 1045
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı