12px13px15px17px
Tarix:24/08/13

Sentyabr ayından Distant Yay Kompüter Məktəbinin qapalı hissəsi hər kəs üçün açıq olacaq


İyun ayından etibarən məktəblilər üçün təşkil edilən Distant Yay Kompüter Məktəbinin (DYKP) qapalı hissəsi sentyabr ayından hər kəs üçün açıq olacaq. Avqustun 31-nə qədər davam edəcək Distant Yay Kompüter Məktəbi ilk növbədə əyani Yay Kompüter Məktəbinin imkanları ilə tanışlıq, istifadəçilərin öz alqoritmik biliklərinin artırılması məqsədi daşıyır. Bu barədə  “http://www.e-olimp.com/” saytının Azərbaycan bölməsindən məlumat verilib. DYKP-nin qapalı qrupuna qəbul sözügedən sayt vasitəsilə aparılıb.
 
Saytdan bildirilib ki, Distant Yay Kompüter Məktəbi “Hər kəs istirahət hüququna malikdir!” devizinə əsaslanır: “DYKP-də iştirak üçün ilk növbədə yay fəslində öz üzərində işləmək və platformada ən azı 100 məsələni həll etmək həvəsi vacib idi.
DKYP-də qeydiyyatdan keçmiş şəxslərlə yanaşı, digər iştirakçılar üçün mayın 1-dən sərbəst girişdə qalan Yay Kompüter Məktəbi üzrə “YKM üzrə 9 burumlu spiral” adlı açıq marafon da keçirilir. Müsabiqələr başa çatdıqdan sonra tapşırıqlar ictimaiyyət üçün açıq olaraq qalacaq. Ümumilikdə turnir DYKP-nin əsas qaydalarına uyğun olaraq, “Ən yaxşı həll” üzrə yekunlaşacaq. Bu halda məsələnin həllinə başlama vaxtı ümumi nəticəyə təsir etməyəcək”.
 
 
Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) və BDU-nun dosenti Ramin Mahmudzadənin rəhbərliyi ilə sözügedən saytın artıq Azərbaycan dilində lokalizasiyası da aparılıb. Hazırda “http://www.e-olimp.com” saytının 4 dilindən biri də Azərbaycan dilidir. Saytda proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün məsələlər Azərbaycan dilinə tərcümə edilərək yerləşdirilib.
 
Özlərini sınamaq istəyən şagirdlər məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərə bilərlər. Saytda mövcud olan yoxlama sistemi vasitəsilə məsələlərin düzgün və ya səhv həll olunması barədə məlumat əldə etmək mümkündür.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024