Tarix:26/08/13
“ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının Azərbaycanda özək “DNS” serverinin (L-root) yerləşməsi ölkənin internet seqmentinin təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Bu barədə “ICANN”-ın Rusiya, MDB və Şərqi Avropa üzrə vitse-prezidenti Veni Markovski deyib.
V.Markovskinin sözlərinə görə, coğrafi baxımdan paylanmış serverlərin yaradılması ideyası bir neçə il bundan əvvəl cinayətkarlar tərəfindən “ICANN”-ın bütün özək serverlərinə edilən mütəşəkkil hücumdan sonra yaranıb. Bunun nəticəsində isə 7 özək sıradan çıxarılıb.
“Biz belə serverlərin nüsxələrinin yaradılması üzərində kifayət qədər ciddi fikirləşmişik. Bu gün “ICANN”-ın serverində faktiki olaraq mövcud olanların 100 faizi Azərbaycanda yerləşən serverdə də saxlanılır. Bu isə o deməkdir ki, internetlə problem olsa, bu, “AzNET” şəbəkəsinin istifadəçilərinə heç bir təsir göstərməyəcək”, - o qeyd edib.
Qeyd edək ki, “ICANN”-ın Azərbaycandakı özək serveri ötən ilin sonunda istifadəyə verilib. Server internet infrastrukturunun əsas hissəsidir və onun işə salınması qlobal təhlükəsizliyə töhfə verməklə dünya domen sisteminin, eləcə də regionun qlobal şəbəkəsinin dayanıqlıq və sabitliyini artırır, - “Trend www.trend.az” yazır.
“ICANN”-ın Azərbaycandakı özək serveri “AzNET” şəbəkəsinin dayanıqlığını təmin edir

Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır