Tarix:26/08/13
Cənubi Koreyanın nəhəng texnika istehsalçısı "Samsung Electronics" şirkəti cari ilin birinci yarısının yekunları üzrə dünya televizorların satışı bazarında lider mövqe tutmaqda davam edir.
Belə ki, "DisplaySearch" analitik şirkətinin məlumatına görə, ilin birinci yarısında "Samsung"un düz ekranlı televizorlarının payı 27,1 faiz təşkil edib. İkinci yeri 16,3 faizlə digər Cənubi Koreya istehsalçısı "LG Electronics" şirkəti tutur. Yaponiyanın "Sony" korporasiyası 6,7 faiz bazar payı ilə üçüncü yerdə qərarlaşıb.
Beləliklə, "Samsung" ardıcıl 30 rübdür televizorların satışı üzrə lider olaraq qalır.
"Samsung Electronics"in liderlik mövqeyi xüsusilə bazara yeni modellərin çıxarılması ilə əlaqədardır. İyunun sonunda şirkət rəqibi "LG"-nin ardınca Cənubi Koreyada bükük ekranlı "OLED" texnologiyalı televizorlar təqdim edib, - "Digit www.digit.ru" yazır.
“Samsung” birinci rübdə televizorların satışı üzrə dünya lideridir

Baxış sayı: 846
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır