12px13px15px17px
Tarix:26/08/13

“DoğmaCİN”-dən sərfəli tarif: saatı 2 qəpiyə danışın!

“Bakcell” şirkətinin “DoğmaCin” tarif planı bölgələrdə yaşayan abunəçilərin ən sərfəli mobil rabitə xidmətlərindən istifadə etməsinə imkan yaradır. Şirkət “DoğmaCİN” tarif planı çərçivəsində “Bakcell” abunəçilərinə çox sərfəli danışıq xidməti təklif edən yeni kampaniyaya start verib.

Bu kampaniyanı abunəçilərə təqdim etmək üçün “DoğmaCin” tarif paketinin siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə Xaçmaz, Mingəçevir və Qəbələdə konsert proqramları təşkil olunub və yeni reklam çarxları çəkilib.

Qeyd edək ki, yeni kampaniya çərçivəsində “DoğmaCin” abunəçiləri öz aralarında 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyir. Bunun üçün abunəçi “sevimli nömrə”sini seçərək aktivləşdirə (*109#1#10 rəqəmli nömrə#yes yığmaqla) və saatı 2 qəpiyə danışa bilər. “Sevimli nömrə”nin ilk dəfə aktivləşdirilməsi pulsuzdur, ikinci dəfədən isə 0.5 AZN-dir.



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024