12px13px15px17px
Tarix:27/08/13

Çində mobil istifadəçilərin sayı 1,185 milyarda çatıb

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi məlumatlara əsasən, cari ilin iyul ayının sonunda Çin Xalq Respublikasında mobil abunəçilərin sayı 1,185 milyard insan olub. Statistika məlumatlarına əsasən, bir ayda bu göstərici 0,8%, bir il ərzində isə 11,6% artıb.

Nazirliyin məlumatlarına əsasən, abunəçilərin 333,74 milyonu və ya 28,16%-i “3G” şəbəkələrdə işləyib və 820,22 milyonu isə ayda ən azı bir dəfə mobil telefon üzərindən internetə çıxır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ölkə əhalisinin sayını nəzərə alaraq nazirlik bildirir ki, ÇXR-də mobil rabitənin nüfuzetmə səviyyəsi 87,1% təşkil edir.

İyul ayının yekununa görə, Çinin mobil rabitə abunəçiləri 77,01 milyard SMS mesaj göndəriblər ki, bu da təxminən gündəlik 2,2 mesaj deməkdir və mobil trafikin ümumi həcmi ayda 113,729 terabayt təşkil edib.

Emil Hüseynov
 



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024