Tarix:27/08/13
Rusiyanın Federasiya Şurası, uşaqların arzuedilməz kontentə malik olan internet resurslara çıxışını valideynlər tərəfindən məhdudlaşdırmağa imkan verən, valideyn nəzarəti sistemlərinin istifadəsini müzakirə edəcək.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, diskussiyada iştirak üçün Federasiya Şurası iri telekommunikasiya şirkətlərinin və axtarış sistemlərinin, həmçinin internet-provayderləri və proqram təminatı istehsalçılarını dəvət edib.
Federasiya Şurasının İnformasiya cəmiyyətinin inkişafı üzrə müvəqqəti komissiyasının sədri Ruslan Qattarovun sözlərinə əsasən, əsas problem ondadır ki, rusiyalı uşaqların rəqəmli savadı o səviyyədədir ki, onların yüksək şəbəkə aktivliyi səviyyəsi internetin təhlükəsiz istifadəsini təmin etməyə imkan vermir.
Araşdırmalara görə, Rusiyada valideynlərin 90%-i kompüter virusları ilə necə mübarizə aparıldığını bilirlər, lakin cəmi 5% bu sistemlərdən istifadə edə bilirlər.
Dövlət Dumasına artıq valideyn nəzarəti sistemlərinin populyarlaşdırılmasına yönəldilmiş qanun layihəsi təqdim edilib. Sənəd Rusiya rabitə operatorlarına internetə qoşulma xidmətlərinin təqdim edilməsi haqda müqavilə bağladıqda yazılı sürətdə abunələri valideyn nəzarəti sistemlərinin mövcudluğu haqda məlumatlandırmağı nəzərdə tutur.
Bu cür qanun layihələrinin qüvvəyə minməsinin vaxt alacağını nəzərə alaraq R. Qattarov operatorlara və internet provayderlərə bunu gözləməməyi və təşəbbüs şəklində abunələri valideyn nəzarəti sistemləri haqda könüllü məlumatlandırma üzrə memorandum imzalamağa çağırıb.
Qeyd edək ki, Britaniya baş naziri Devid Kemeronun təşəbbüsü ilə internet provayderlər qarşısında müştəri valideyn nəzarət sistemini almaq istəmədiyi halda arzuedilməz kontenti bloklaşdırmaq məcburiyyəti qoyulub.
Aynur Vəliyeva
Rusiyada internetə valideyn nəzarəti sistemi məcburi tətbiq edilə bilər

Baxış sayı: 1286
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib