12px13px15px17px
Tarix:27/08/13

“Oracle” şirkətinin direktoru yalan danışır?

"Google" və "Oracle" şirkətləri arasında "Android" platformasında "Java" mühitindən istifadə ilə bağlı gedən hüquq mübarizəsinə hələ xitam verilməyib. İnternet nəhənginin Direktorlar şurasının sədri Erik Şmidt "Google+" şəbəkəsində dərc etdiyi son mesajında "Oracle"ın baş direktoru Larri Ellison tərəfindən deyilmiş şifahi müraciətinə cavab verib.

Xatırladaq ki, Larri Ellison "Google"un baş direktoru Larri Peycin  "Android" və "Java" üzərində etdiklərini mütləq şər adlandırıb". Hələ bazar günü "Google"un mətbuat xidməti "Google+" hesabında deyib ki, şirkət Ellisonun dediklərindən xəbərdardır, lakin başqa şirkətlərlə ictimai mübahisəyə üstünlük vermir.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, əsəbinə uduzan Şmidt dözməyərək bloqunda deyib ki, Larri Ellisonun "Java" haqqında fikirləri sadəcə yalandır. Bu, yalnız mənim fikrim deyil, həm də sözügedən məsələni araşdırmış Amerika məhkəməsinin qərarıdır.

"Oracle" şirkəti məsələyə hələ ki münasibət bildirməyib.

Emil Hüseynov
 



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024