Tarix:27/08/13
"Mail.Ru Group" və "HeadHunter"in həyata keçirdikləri araşdırmaların nəticəsində müəyyən olub ki, İT mütəxəssislərinin 66%-i pulsuz yeməklə təchiz edilmiş ofis mətbəxi haqda xəyal edirlər.
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ofis məkanında İT mütəxəssisləri üçün ən vacib məsələ (respondentlərin 53% rəyinə görə) onun iş üçün tələb olunan effektiv və yüksək texnoloji alətlər ilə təchiz edilməsidir. Hər dördüncü İT mütəxəssisi (24%) ofisdə iş vaxtı bir müddət dincəlmək üçün yerin olmasını arzulayır.
İT mütəxəssislərinin 66%-i iş yerlərində pulsuz yemək və ofis mətbəxinin olmasını istəyirlər. Araşdırmaçılar İT mütəxəssislərinin işinin effektivliyinin aşağı olmasını onların ac olması ilə bağlayıblar. Sorğuda iştirak edənlərin 56%-i idman zalının olmasını, 52% isə qısa müddət ərzində yuxularını almaq üçün divan olmasını istəyiblər.
Amma ümumilikdə İT mütəxəssisləri elə də tələbkar deyillər, onların 37%-ni "dəbli aksesuarsız" rahat və komfortlu ofisdə iş tam razı sala bilər. Qalanları isə biznes mərkəzlərinin birində "A" sinfinə aid olan yüksək texnoloji ofisdə (27%) və ya hardasa təbiət qoynunda "dzen üslubu"nda (24%) işləmək istəyərlər. Daha 10% ideal iş yeri kimi şəxsi mənzil və ya evlərini görürlər.
Aynur Vəliyeva
İT mütəxəssislərinin arzuları

Baxış sayı: 824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır