Tarix:10/08/11
Digər əməliyyat sistemləri barəsində “Gartner” şirkəti bildirib ki, “Mac OS” əməliyyat sistemi bazarının təxminən 4%-ni tutacaq, həm də 2015-ci ilədək bu sistemin payı 5,2%-ə qədər arta bilər. “Linux” isə stolüstü əməliyyat sistemi bazarının 2%-ni tutacaq. Əməliyyat sistemi bazarının “Chrome OS”, “Android”, “HP WebOS” və digər gənc oyunçuları barəsində “Gartner” bildirib ki, bu sistemlər stolüstü fərdi kompyuterdə elə də əhəmiyyətli mövqe tuta bilməyəcəklər. “Microsoft” şirkətindən bildiriblər ki, 2009-cu ilin oktyabrından, “Windows 7” əməliyyat sisteminin çıxışı anından korporasiya bu əməliyyat sisteminin təxminən 400 milyon surətini satıb.
“Gartner”: “Windows 7” hələ 5 il dünyanın əsas stolüstü əməliyyat sistemi olacaq
“Windows 7” əməliyyat sistemi bu ilin sonuna dünyada əsas stolüstü əməliyyat sistemi olacaq. Bu barədə, “Gartner” şirkətinin son analitik hesabatında bildirilib. Bu şirkətin məlumatlarına əsasən, “Windows 7” dekabr ayının sonuna stolüstü əməliyyat sistemi bazarının təxminən 42%-ni tutacaq. Bu əməliyyat sistemi yaxın bir neçə ildə lider olacaq. Beləliklə, “Gartner” şirkəti qeyd edib ki, “Windows” ən azı yaxın 5 ildə dünya miqyasında əvvəlki kimi stolüstü əməliyyat sistemləri bazarının əsas oyunçusu olaraq qalacaq.Digər əməliyyat sistemləri barəsində “Gartner” şirkəti bildirib ki, “Mac OS” əməliyyat sistemi bazarının təxminən 4%-ni tutacaq, həm də 2015-ci ilədək bu sistemin payı 5,2%-ə qədər arta bilər. “Linux” isə stolüstü əməliyyat sistemi bazarının 2%-ni tutacaq. Əməliyyat sistemi bazarının “Chrome OS”, “Android”, “HP WebOS” və digər gənc oyunçuları barəsində “Gartner” bildirib ki, bu sistemlər stolüstü fərdi kompyuterdə elə də əhəmiyyətli mövqe tuta bilməyəcəklər. “Microsoft” şirkətindən bildiriblər ki, 2009-cu ilin oktyabrından, “Windows 7” əməliyyat sisteminin çıxışı anından korporasiya bu əməliyyat sisteminin təxminən 400 milyon surətini satıb.
Baxış sayı: 1429
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır