12px13px15px17px
Tarix:28/08/13

Yeni texnologiya vasitəsi ilə qlobal şəbəkədə izlənmə ilə mübarizə aparılacaq


Nəhəng internet tərtibatçıları ABŞ və Böyük Britaniya tərəfindən istifadə olunan izləmə proqramlarına qarşı mübarizə aparmaq niyyətindədir. Belə ki, internet standartlarının işlənməsi ilə məşğul olan İnternet Mühəndis Şurası (Internet Engineering Task Force, IETF) internet səhifələrinin və brauzerlərin mübadilə etdiyi bütün məlumatları şifrləməyi düşünür.

Praktikada "IETF" bank və elektron ticarət mağazalarının öz müştərilərini qorumaq üçün istifadə etdikləri təhlükəsiz rabitə mexanizmini tətbiq etmək istəyir. Hazırda plan işlənmə mərhələsindədir, "IETF" nümayəndələri internet istifadəçilərini hökumət və dövlət şirkətləri tərəfindən izlənməkdən mühafizə etmək əzmindədirlər. 
 
"Google Chrome"un hazırlanmasında iştirak edən proqram təminatı mühəndisi Mayk Belş bildirib ki, Edvard Snouden tərəfindən məxfi məlumatlar açıqlandıqdan sonra cəmiyyət dünyaya fərqli yanaşmağa başlayıb. Hazırda internetdə məlumatın şifrlənməsi çox mühüm məsələdir.

Tərtibatçı, "IETF" işçi qrupunun sədri Mark Nottingem bu ay Berlində keçirilən konfransda bəyan edib ki, şura üzvləri internetdə şifrləmə sisteminin hazırlanmasının zəruriliyinə dair yekdil qərar qəbul ediblər.

M.Nottingem hesab edir ki, "IETF" planı həyata keçirilməzdən əvvəl onu internet cəmiyyəti ilə müzakirə etmək lazımdır. Hazırda internetdə qovşaqlar arasında məlumatların mühafizəli ötürülməsini təmin edən "TLS (Transport Layer Security)" kriptoqrafiya protokolundan mütləq istifadə məsələsi müzakirə olunur. Bu protokolun 2014-cü ildə tətbiq edilməsi planlaşdırılır.  

Öz növbəsində ekspertlər "TLS"-in internet istifadəçilərini izləməyə imkan verməməsi ilə bağlı iddiaları şübhə altına alırlar. Bu, onunla əlaqədardır ki, bacarıqlı hakerlər şifrləməni sındırmaq üçün üsul tapacaq və ya sistemlərdə mövcud olan digər boşluqlardan istifadə edəcəklər, - "IT Expert www.itexpert.org.ua" yazır.    
 



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024