12px13px15px17px
Tarix:28/08/13

Server bazarında azalma qeydə alınıb

Qlobal server bazarında tənəzzül davam edir. “IDC” analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ilin ikinci rübündə server avadanlığı istehsalçılarının gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 11,9 milyard ABŞ dolları olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, illik hesablama üzrə azalma ikinci rüb ardıcıl qeydə alınır ki, bu da dünyanın bütün regionlarında serverlərə aşağı tələbatla bağlıdır.
Bazarda qüvvələr nisbətindən danışan mütəxəssislər qeyd edib ki, gəlir həcminə görə “IBM” birinci yerdə qərarlaşıb: 2013-cü ilin aprel-iyun ayları ərzində şirkət serverlərin satış həcmindən 3,31 milyard ABŞ dolları qazanıb və onun bazar payı 27,9% təşkil edib.

“Hewlett-Packard” (HP) reytinqdə ikinci yerdə, “Dell” şirkəti üçüncü pillədə qərarlaşıb. “Oracle” şirkəti dördüncü olub.

Emil Hüseynov
 



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024