Tarix:10/08/11
“Apple” şirkətinin məhsulu olan “Safari” və “Microsoft” şirkətinin məhsulu “İnternet Explorer” ən pis nəticə göstəriblər. “Safari 5” səhifələri orta hesabla, 4,5 saniyə ərzində yükləyir. “İnternet Explorer 9”-da isə daha çox vaxt tələb olunur. Tədqiqatda iştirak etmiş bütün versiyaların arasında ən pis göstərici “Safari 4” səyyahına (6 saniyədən çox) məxsusdur.
www.cnews.ru
Dünyanın ən sürətli internet səyyahı hansıdır?
Yeni tədqiqat nəticəsində “Google” şirkətinin “Chrome” səyyahının veb-səhifələrin yüklənmə sürəti üzrə ən sürətli səyyah olduğu məlum olub. “Compuware” şirkətinin bölməsi “Gomez” müxtəlif səyyahlarda veb-saytların yüklənmə sürətinin ölçüsü üzrə yeni tədqiqat nəticələrini dərc edib. Bir ay ərzində tədqiqatçılar təxminən 200 resursdan 1,8 milyarddan çox yükləmə təhlil ediblər. Saytların yüklənməsinin real sürəti üzrə birinci yerdə “Google” şirkətinin “Chrome” səyyahı qərarlaşıb. Belə ki, saytlar “Chrome 12” istifadəçilərində daha sürətli yüklənib. Tədqiqatda “Chrome 12” səyyahından istifadə olunub. Bu səyyahda səhifənin yüklənməsi üzrə orta sürət həddi 3,433 saniyə təşkil edib. “Chrome 11”-də bu göstərici təxminən 3,7 saniyə, “Chrome 10”-da isə 4 saniyə olub. “Firefox” səyyahı yüklənmə sürəti üzrə ikinci olub. “Firefox 5” versiyasından istifadə vaxtı orta göstərici təxminən 3,9 saniyə təşkil edib. Proqramın daha köhnə versiyalarından istifadə vaxtı səhifələrin yüklənmə sürəti bir qədər aşağı olub.“Apple” şirkətinin məhsulu olan “Safari” və “Microsoft” şirkətinin məhsulu “İnternet Explorer” ən pis nəticə göstəriblər. “Safari 5” səhifələri orta hesabla, 4,5 saniyə ərzində yükləyir. “İnternet Explorer 9”-da isə daha çox vaxt tələb olunur. Tədqiqatda iştirak etmiş bütün versiyaların arasında ən pis göstərici “Safari 4” səyyahına (6 saniyədən çox) məxsusdur.
www.cnews.ru
Baxış sayı: 1121
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib