12px13px15px17px
Tarix:29/08/13

Polşada yeni texnologiyalar mədəniyyəti müzakirə ediləcək


Cari ilin oktyabr ayının 4-dən 6-dək Polşanın Lyublin şəhərində "Şərq tərəfdaşlığı üçün mədəniyyət" mövzusunda konqres keçiriləcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, sözügedən tədbirdə Avropa İttifaqı və qurumun "Şərq tərəfdaşlığı" proqramının əhatə etdiyi ölkələr üzrə ümumi mədəni məkanın yaradılması üsulları nəzərdən keçiriləcək. Konqres "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları olan ölkələrin mədəniyyət dünyası nümayəndələri üçün yaradıcılıq və fikir mübadiləsi məkanına çevriləcək.
 
Konqresdə mədəniyyətdə dəyişikliyə can atan, sosial-mədəni animasiya və incəsənət sahəsində fəaliyyət üçün yeni formalar axtaran incəsənət nümayəndələri, intellektuallar, mədəniyyət təşkilatçıları və mədəniyyət sahəsində əməli iş təcrübəsi olan şəxslər iştirak edəcəklər.
 
Bundan əlavə, konqresdə iştirakçıların bir-birlərini daha yaxından çox öyrənməsi və müsbət təcrübələrin təqdimatı üçün imkan yaranacaq. Sosialyönlü mədəniyyət, inkişaf üçün mədəniyyət, yeni təcrübələr mədəniyyəti, yeni texnologiyalar mədəniyyəti, mədəniyyət və eyniyyət mövzuları müzakirə ediləcək.
 
Tədbirdə "Şərq tərəfdaşlığı" mədəni əməkdaşlıq şəbəkəsi forumunun yaradılması planlaşdırılır. Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" proqramı ölkələrindən mədəniyyət sahəsində təcrübəsi olan şəxslər və mədəniyyət təşkilatlarının görüşünə imkan yaradan bu şəbəkə, bələdiyyə və dövlət müəssisələri istisna edilmədən, əsasən müstəqil mədəniyyət və qeyri-kommersiya təşkilatları nümayəndələrini, qeyri-formal qrupları, ayrı-ayrı fəal və yaradıcı insanları birləşdirəcək. Beynəlxalq arenada şəbəkənin vəzifəsi "Şərq tərəfdaşlığı" mədəniyyətini təmsil etməkdən və inkişaf maraqlarını qorumaqdan ibarət olacaq.
 
SEYMUR



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024