Tarix:29/08/13
Nəticədə sözügedən dövrdə “Samsung”un planşet bazarında payı 18,9%-dən 16,9%-dək azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən seqmentin digər lideri “Apple” şirkəti də eyni aqibətlə üzləşib. Ötən rüb "alma" şirkəti 14,6 milyon planşet tədarük edib ki, bu da ötən rüblə müqayisədə 4,9 milyon azdır. “Apple”ın bazar payı 40,3%-dən 29,2%-dək azalıb.
Lakin “Apple” və “Samsung” şirkətlərinin hazırladıqları yeniliklər vəziyyəti dəyişə bilər: gözləntilərə əsasən, “Apple” sentyabrda növbəti nəsil “iPad” planşet kompüterini təqdim edəcək və “Samsung” IFA 2013-cü ildə Berlində keçiriləcək sərgidə yeni modelini nümayiş etdirəcək.
Emil Hüseynov
“Apple” və “Samsung” planşet bazarı üzərində nəzarəti itirir
Analitiklər bildiriblər ki, digər istehsalçılar tərəfindən rəqabətin artması “Samsung Electronics”in planşetlərinin satış həcminin azalması ilə nəticələnib. “Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübünün yekununa görə, Cənubi Koreya nəhəngi 8,4 milyon planşet tədarük edib ki, bu da ötən rüblə müqayisədə 700 min ədəd azdır.Nəticədə sözügedən dövrdə “Samsung”un planşet bazarında payı 18,9%-dən 16,9%-dək azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən seqmentin digər lideri “Apple” şirkəti də eyni aqibətlə üzləşib. Ötən rüb "alma" şirkəti 14,6 milyon planşet tədarük edib ki, bu da ötən rüblə müqayisədə 4,9 milyon azdır. “Apple”ın bazar payı 40,3%-dən 29,2%-dək azalıb.
Lakin “Apple” və “Samsung” şirkətlərinin hazırladıqları yeniliklər vəziyyəti dəyişə bilər: gözləntilərə əsasən, “Apple” sentyabrda növbəti nəsil “iPad” planşet kompüterini təqdim edəcək və “Samsung” IFA 2013-cü ildə Berlində keçiriləcək sərgidə yeni modelini nümayiş etdirəcək.
Emil Hüseynov
Baxış sayı: 2869
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır