12px13px15px17px
Tarix:30/08/13

Azərbaycanın ədliyyə sistemində İKT-nin tətbiqi genişləndirilir


Dövlət Proqramına uyğun olaraq ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir İKT-nin daha geniş tətbiqi üzrə xeyli işlər görülüb, o cümlədən 2013-cü ilin dövlət başçısı tərəfindən “İKT ili” elan olunması ilə əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı 17 elektron xidmət növündən əksəriyyəti artıq istifadəyə verilib, “www.exidmet.justice.gov.az” saytının yeni versiyası hazırlanıb, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Ədliyyə Nazirliyində 2013-cü ilin 6 ayının yekunlarına dair keçirilən kollegiya iclasında səsləndirilib.

Həmçinin bildirilib ki,  qeyri-kommersiya qurumlarının qeydiyyatı və mətbu nəşrlərin uçotu prosedurları ilə bağlı elektron xidmətlər hazırlanıb, habelə “Elektron notariat” sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilib. Notariat orqanlarında istifadə olunan elektron xidmət köşklərində ödənişlərin plastik bank kartları vasitəsilə aparılması təşkil edilib, qeydiyyat orqanlarında da bu müsbət təcrübənin tətbiqinə başlanılıb və “pay-point” ödəniş terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi üçün “Səadət” sarayında quraşdırılıb.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülüb, məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında bir sıra məhkəmələrdə tətbiq olunur.

CAHANGİR
 



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024