12px13px15px17px
Tarix:30/08/13

RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU)  qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.
 
Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  son 10 ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  aparılan uğurlu islahatlar nəticəsində davamlı və  dayanıqlı iqtisadi inkişafa  nail olunduğunu qeyd edib.
 
Nazir ölkə başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıraraq, "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsini,  sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin (İTU) yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulayıb.
 
2013 – 2014-cü tədris ilində "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" kimi ixtisaslar üzrə İTU-ya  tələbə qəbulu üçün 60 plan yerinin ayrıldığını da deyən nazir İKT sahəsi üzrə ixtisaslaşmış kadrlara tələbatın "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gəldiyini qeyd edib. "Bu sənədə uyğun olaraq, ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun  təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulub".
 
 Qarşıdakı illər ərzində elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində İT sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını bildirən nazir, eyni zamanda RİTN tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini də qeyd edib.
 
Tələbələrin çoxsaylı suallarını  cavablandıran nazir valideynlərin istək və arzularını da dinləyib.
 
 
 



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024