Tarix:30/08/13
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Skype"ın ilk server kommutasiyası 2003-cü il avqustun 29-da Tallində işə salınıb və o zaman şirkət "Sadəcə işləyən ödənişsiz internet-telefon" şüarını irəli sürüb.
"Telegeography"nin məlumatlarına əsasən, "Skype" artım tempinə görə bütün ənənəvi telefon rabitəsi operatorlarını üstələyir. İnternet-telefoniya xidmətinin əməkdaşları deyiblər ki, onların həlli beynəlxalq rabitə sisteminə öz təsirini göstərib, lakin 2008-ci ildən artım tempi zəifləyib, halbuki şirkət daha böyük uğur qazana bilərdi.
2005-ci ildə "Skype" mətn mesajlarını tətbiq etməyə başlayıb. Lakin şirkət ani mesaj dünyasında üstünlük əldə edə bilməyib, hərçənd ki, 2007-ci ildə mesajlar trafikin həcminə görə səsli ünsiyyəti üstələyib. "Videoünsiyyət həmişə əsas, mətn mesajları isə ikinci olub" – "Skype"ın sabiq mühəndisi Xenn Rukel deyib.
Həmçinin o deyib ki, şirkətin ən böyük korporativ səhvi onunla bağlı olub ki, o, yalnız səsli zənglər vasitəsilə gəlir əldə edib, başqa xidmətlər isə kommersiyalaşdırma üçün lazımınca inkişaf etdirilməyib.
Emil Hüseynov
“Skype” 10 yaşını qeyd edir
"Skype" internet-telefoniya xidməti 10 yaşını qeyd edir. Hazırda təxminən hər üç beynəlxalq zəngdən biri "Skype" üzərindən həyata keçirilir. Sözügedən xidmətin yaradıcıları – isveçli Niklas Zennstrom və danimarkalı Yanus Fris onu 2003-cü ildə 3,1 milyard dollar qiymətinə "Ebay" şirkətinə sataraq işdən uzaqlaşıblar. Sonuncu internet-telefoniya xidməti vasitəsilə gəlir əldə etsə də, lakin onu ümumi struktura inteqrasiya edə bilməyib."ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Skype"ın ilk server kommutasiyası 2003-cü il avqustun 29-da Tallində işə salınıb və o zaman şirkət "Sadəcə işləyən ödənişsiz internet-telefon" şüarını irəli sürüb.
"Telegeography"nin məlumatlarına əsasən, "Skype" artım tempinə görə bütün ənənəvi telefon rabitəsi operatorlarını üstələyir. İnternet-telefoniya xidmətinin əməkdaşları deyiblər ki, onların həlli beynəlxalq rabitə sisteminə öz təsirini göstərib, lakin 2008-ci ildən artım tempi zəifləyib, halbuki şirkət daha böyük uğur qazana bilərdi.
2005-ci ildə "Skype" mətn mesajlarını tətbiq etməyə başlayıb. Lakin şirkət ani mesaj dünyasında üstünlük əldə edə bilməyib, hərçənd ki, 2007-ci ildə mesajlar trafikin həcminə görə səsli ünsiyyəti üstələyib. "Videoünsiyyət həmişə əsas, mətn mesajları isə ikinci olub" – "Skype"ın sabiq mühəndisi Xenn Rukel deyib.
Həmçinin o deyib ki, şirkətin ən böyük korporativ səhvi onunla bağlı olub ki, o, yalnız səsli zənglər vasitəsilə gəlir əldə edib, başqa xidmətlər isə kommersiyalaşdırma üçün lazımınca inkişaf etdirilməyib.
Emil Hüseynov
Baxış sayı: 817
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib