Tarix:31/08/13
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1,4%-dək azalaraq 22,9% təşkil edib, “Aztelekom”un bazar payı 2%-dək artaraq 17,4%-ə çatıb.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Bakinternet”, “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər.
Son bir ay ərzində “Uninet”in payı cüzi azalaraq 11,7% təşkil edib, “Azeronline”nın payı artaraq 9,2%, “Connect” şirkəti bazar payını 5,5% azalması nəticəsində yerini 6,14% paya malik olan “Dataplus” şirkətinə verib.
Onların ardınca 4,2% bazar payı ilə “Azqtel”, 3% -“Adanet”, 2,3% -“Ultel”, 2,4% - “Azstarnet”, 1,7% - “Smart”, 1,6% - “Avirtel”, 1,5% -“Azeurotel”, 1,9% - “Castel”, “Azstatenet”in payı cüzi azalaraq 1,23% təşkil edib.
Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01-1,21% ətrafında.
Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Provayderlərin internet xidmətləri bazarında payı artır
Azərbaycan internet xidmətləri bazarında son bir ay ərzində regional dövlət provayderi “Aztelekom”un xeyrinə dəyişiklik müşahidə olunub.“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1,4%-dək azalaraq 22,9% təşkil edib, “Aztelekom”un bazar payı 2%-dək artaraq 17,4%-ə çatıb.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Bakinternet”, “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər.
Son bir ay ərzində “Uninet”in payı cüzi azalaraq 11,7% təşkil edib, “Azeronline”nın payı artaraq 9,2%, “Connect” şirkəti bazar payını 5,5% azalması nəticəsində yerini 6,14% paya malik olan “Dataplus” şirkətinə verib.
Onların ardınca 4,2% bazar payı ilə “Azqtel”, 3% -“Adanet”, 2,3% -“Ultel”, 2,4% - “Azstarnet”, 1,7% - “Smart”, 1,6% - “Avirtel”, 1,5% -“Azeurotel”, 1,9% - “Castel”, “Azstatenet”in payı cüzi azalaraq 1,23% təşkil edib.
Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01-1,21% ətrafında.
Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib