12px13px15px17px
Tarix:10/08/11

Kanada 280 məlumat mərkəzini bağlayacaq

Kanadada dövlət büdcəsinə qənaət etmək məqsədi ilə 300 dövlət məlumat mərkəzindən təxminən 280-i bağlanacaq. Bundan əvvəl analoji proqramı ABŞ hakimiyyəti də həyata keçirib. Kanada hökuməti məlumatların emalı mərkəzlərinin təxminən 90%-dən çoxunu (onların sayını 300-dən 20-yə azaltmaq niyyətindədir) bağlamaq niyyətini elan edib. Hesablama resurslarının birləşməsinə yenidən yaradılan “Shared Services Canada” təşkilatı rəhbərlik edəcək. Tədbirin məqsədi vergiləri azaltmaq, dövlət aparatı işinin effektliliyini yüksəltmək və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. "Kanada vergi verənləri bizim hər dolları düzgün idarə edəcəyimizi hesablayırlar. Yeni proqram pul vəsaitlərini qorumağa və İT sistemi yaxşılaşdırmağa kömək edəcək" - dövlət aparatının işi üçün cavabdeh olan nazirliyin rəhbəri Rona Ambrouz bildirib.
Bəyanat ABŞ-da analoji proqramın elanından dərhal sonra yayılıb. Xatırladaq ki, cari ilin sonuna kimi Amerika hakimiyyəti 195 məlumat mərkəzini, 2012-ci ilin sonuna kimi 373 məlumat mərkəzini və 2015-ci ilin sonuna isə ən azı 800 hökumət mərkəzini bağlamaq niyyətindədir.
Kanada hakimiyyətinin yeni təşəbbüsü hər il əlavə 200 milyon dollar vəsait qənaət etməyi nəzərdə tutub. Qeyd edək ki, bu ölkədə dövlətin İT büdcəsi təxminən 5 milyard dollar təşkil edir. Müqayisə üçün ABŞ-da bu büdcə 80 milyard dollardır, lakin nəzərə almaq lazımdır ki, ABŞ-ın əhalisi Kanadadan 10 dəfə çoxdur.


www.cnews.ru



Baxış sayı: 1058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024