Tarix:02/09/13
Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Əmirzay Sanginin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan hökuməti və BMT İP-nin birgə təşkil etdiyi 9-15 iyun 2013-cü il tarixlərindəki səfər bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir. Bu səfərin nəticəsi olaraq, Azərbaycan və Əfqanıstan respublikalarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AİDA və BMT İP-nin hər iki ölkə üzrə nümayəndəliklərinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
Əfqanıstan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Barialay Hassamın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun birinci görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.
29 avqust - 2 sentyabr tarixində keçiriləcək İşçi Qrupun görüşünün məqsədi Əfqanıstanın İKT sahəsindəki inkişafında Azərbaycanın iştirak imkanlarını, Əfqanıstanın İKT sahəsində mövcud tələbatlarını, bu sahədə əsas istiqamətlərin müəyyən edilməsini və Əfqanıstanda həyata keçirilə biləcək layihələri müzakirə etməkdir.
Səfər çərçivəsində əfqan nümayəndə heyəti Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, AİDA Agentliyinin direktoru Əşrəf Şıxəliyev və BMT İP-nin Azərbaycan nümayəndəliyinin Rezident nümayəndəsinin müavini Nato Alhazişvili ilə görüşlər keçirilib. Artıq 30 avqust tarixində “Əfqanıstanda elektron hökumətin qurulması” layihəsi çərçivəsində RİTN-də Azərbaycan-Əfqanıstan İşçi Qrupunun ilk görüşü keçirilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb, Əfqanıstanın İKT sahəsində mövcud ehtiyacları araşdırılıb, gələcəkdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib və birgə protokol imzalanıb.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi BMT İP vasitəsilə Əfqanıstanın inkişafına yardım üçün 150 000 ABŞ dolları məbləğində vəsait ayırıb. Bu təşəbbüs Azərbaycanın regional və qlobal problemlərin həllində fəal iştirakçılıq öhdəliyini bir daha göstərir. Bu əməkdaşlıq Əfqanıstanın stabilliyi və iqtisadi inkişafında Azərbaycanın mühüm rol oynamasına şərait yaradır.
Həqiqət İSABALAYEVA
Əfqanıstan nümayəndə heyəti İKT sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanda səfərdədir
Azərbaycanın e-hökumət sahəsində qazandığı uğur bir çox inkişaf etməkdə olan ölkələrin diqqətini cəlb edir. Əfqanıstan hökuməti də Azərbaycanın bu sahədəki uğurunu örnək hesab etdiyindən BMT İP-nin hər iki ölkədəki nümayəndəliklərinin vasitəçiliyi ilə Azərbaycanın Əfqanıstana bu sahədə yardımına vasitəçilik etmək barəsində razılığa gəliblər.Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Əmirzay Sanginin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan hökuməti və BMT İP-nin birgə təşkil etdiyi 9-15 iyun 2013-cü il tarixlərindəki səfər bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir. Bu səfərin nəticəsi olaraq, Azərbaycan və Əfqanıstan respublikalarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AİDA və BMT İP-nin hər iki ölkə üzrə nümayəndəliklərinin əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
Əfqanıstan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Barialay Hassamın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlığa dair İşçi Qrupun birinci görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.
29 avqust - 2 sentyabr tarixində keçiriləcək İşçi Qrupun görüşünün məqsədi Əfqanıstanın İKT sahəsindəki inkişafında Azərbaycanın iştirak imkanlarını, Əfqanıstanın İKT sahəsində mövcud tələbatlarını, bu sahədə əsas istiqamətlərin müəyyən edilməsini və Əfqanıstanda həyata keçirilə biləcək layihələri müzakirə etməkdir.
Səfər çərçivəsində əfqan nümayəndə heyəti Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, AİDA Agentliyinin direktoru Əşrəf Şıxəliyev və BMT İP-nin Azərbaycan nümayəndəliyinin Rezident nümayəndəsinin müavini Nato Alhazişvili ilə görüşlər keçirilib. Artıq 30 avqust tarixində “Əfqanıstanda elektron hökumətin qurulması” layihəsi çərçivəsində RİTN-də Azərbaycan-Əfqanıstan İşçi Qrupunun ilk görüşü keçirilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb, Əfqanıstanın İKT sahəsində mövcud ehtiyacları araşdırılıb, gələcəkdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib və birgə protokol imzalanıb.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi BMT İP vasitəsilə Əfqanıstanın inkişafına yardım üçün 150 000 ABŞ dolları məbləğində vəsait ayırıb. Bu təşəbbüs Azərbaycanın regional və qlobal problemlərin həllində fəal iştirakçılıq öhdəliyini bir daha göstərir. Bu əməkdaşlıq Əfqanıstanın stabilliyi və iqtisadi inkişafında Azərbaycanın mühüm rol oynamasına şərait yaradır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 785
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır