12px13px15px17px
Tarix:03/09/13

"Smart Systems Technology" şirkəti İPTV xidmətini istismara verib


Azərbaycanın "Smart Systems Technology" şirkəti İPTV xidmətini kommersiya məqsədilə istismara verib. Şirkətin məlumatına görə, xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edir. Kanalların sayı isə 80-120 aralığında dəyişir. Xidmətdən istifadə etmək üçün, ADSL xidmətinin abunəçilərinə müvafiq avadanlıq (Set-Top-Box) təklif edilir.

 Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi tərəfindən avadanlıqlar Bakı Teleqüllə Kompleksində quraşdırılıb. Amerikanın “Harmonic” şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilən baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur.

Baş stansiyada peykdən qəbul edilən “MPEG 2” formatlı proqramlar İPTV platformasına daxil edilir və yerli, həmçinin, əcnəbi olmaqla, 120-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə "Smart Systems Technology" operatorunun şəbəkəsinə, həmçinin BTRİB və “Aztelekom” İB-yə ötürülür. Telekommunikasiya sənayesində “Video on Demand (VoD)”, “TVoIP”, “Time Shifted TV”, “Network Personal Video Recorder”, “Electronic Program Guide” və s. bir çox  interaktiv imkanları özündə cəmləşdirən “İnternet Protocol Television (İPTV)” xidməti yüksək səviyyədə təqdim edilir. Baza xidmətləri ilə yanaşı, İPTV “Video Telephony”, “Information Portals”, “Web”, “Games” kimi bir sıra imkanlar da yaradır. İPTV-nin xidmətlərindən istifadə edən müştəri, video sorğusu, bir videocərgə üçün iki və daha çox səs müşayiəti kanallarının istifadə imkanı (məsələn, Azərbaycan və ingilis dillərində) eyni zamanda, onları “HD” görüntülü izləmək və s. imkanlar əldə edir. Digər televiziya yayım vasitələrindən  fərqli olaraq, İPTV-də proqram sayına məhdudiyyət yoxdur. Yəni hər bir müştəri İPTV xidmətindən istifadə etməklə aşağıdakı üstünlüklərdən yararlanmış olur:
  1. Fərdi TV paket təminatından;
  2. Birbaşa (online) rejimdə kanalın fasilə (pauza) funksiyasından;
  3. İP TV proqram tərkibinin istənilən səviyyədə mühafizəsindən;
  4. Hər bir istifadəçi üçün abunə paketinin idarə edilməsindən və s.
İP TV kompleksinin arxitekturası aşağıdakıları özündə cəmləşdirir:
  1. “İP  TV Middleware” adlanan xidmət və komplekslərin idarə edilməsi;
  2. Qəbulun alt sistemi və kontentin hazırlanması;
  3. Videoserverlərin alt sistemi;
  4. Kontentin mühafizəsinin alt sistemi;
  5. Axının keyfiyyət monitorinqinin və müştəri avadanlığının alt sistemi və s.
 
RƏVAN
 
 



Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024