Tarix:03/09/13
O bildirib ki, idarənin fəaliyyət tarixi 1968-ci ildən başlayır. Onun sözlərinə görə, ilk dəfə 1968-ci ildə yaradılan "Texniki Radionəzarət Stansiyası" 11 nəfərlik qrup şəklində fəaliyyətə başlayıb. “O vaxtlar idarənin əsas funksiyası radiorabitə xidmətləri üzərində radiorabitə təşkilatlarının tövsiyələrinə və qayda-qanunlarına uyğun nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi idi. Bundan sonra bir neçə dəfə adı dəyişdirilib. Azərbaycan Respublikasının müstəqilliyi dövründə, yəni 1998-ci ildə Azərbaycan Respublikası rabitə nazirinin əmri ilə idarənin adı bir daha dəyişdirilərək Dövlət Radiotezliklər İdarəsi adlandırılıb”.
Ə.Məmmədov qeyd edib ki, DRI respublika ərazisində bütün müəssisə və təşkilatlara mülki məqsədlər üçün Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) tərəfindən ayrılmış radiotezliklərin qeydiyyatını və radioelektron vasitələrinin istismarına nəzarəti təmin edir: «Müstəqillik dövründə ölkə iqtisadiyyatının günü-gündən güclənməsi, yeni investisiya axını digər sahələrdə olduğu kimi, rabitə sahəsindən də yan keçməmiş, rabitə sahəsində olan bu inkişaf respublikada radiotezliklər üzrə radionəzarəti həyata keçirən Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, Efirə radionəzarət və monitorinq məntəqələrinin müasir tələbata uyğunlaşdırılmasını zəruri edib.
1991-ci ilə kimi efirə radionəzarət Bakı şəhəri üzrə 2 məntəqə - Yasamal və 8-ci Kilometr fəaliyyət göstərdiyi halda, müstəqilliyimizdən sonra Qəbələ, Gəncə, Masallı, Quba, Şirvan, Sahil məntəqələri və Beyləqan, Zaqatala, Astara, Qazax köməkçi məntəqələri yaradılaraq respublikanın bütün ərazisi əhatə olunmuşdur.
Hazırda DRİ-də Respublika üzrə efirə radionəzarət işlərinin həyata keçirilməsi məqsədilə Bakı şəhərində 3, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri fəaliyyət göstərir. Mehdiabad və Yeni Günəşli qəsəbələrində isə yeni məntəqələr tikilib».
Sonra fəaliyyətində fərqlənən işçilərə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə «Rabitə ustası» adı, «fəxri fərman» və pul mükafatları təqdim olunub.
SEYMUR
Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinin 45 illiyi qeyd olunub
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) fəaliyyətinin 45 illiyi qeyd olunub. Bununla bağlı keçirilən tədbirdə idarənin rəisi Əflatun Məmmədov DRİ-nin yaranma tarixindən və həyata keçirilən işlərdən söz açıb.O bildirib ki, idarənin fəaliyyət tarixi 1968-ci ildən başlayır. Onun sözlərinə görə, ilk dəfə 1968-ci ildə yaradılan "Texniki Radionəzarət Stansiyası" 11 nəfərlik qrup şəklində fəaliyyətə başlayıb. “O vaxtlar idarənin əsas funksiyası radiorabitə xidmətləri üzərində radiorabitə təşkilatlarının tövsiyələrinə və qayda-qanunlarına uyğun nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi idi. Bundan sonra bir neçə dəfə adı dəyişdirilib. Azərbaycan Respublikasının müstəqilliyi dövründə, yəni 1998-ci ildə Azərbaycan Respublikası rabitə nazirinin əmri ilə idarənin adı bir daha dəyişdirilərək Dövlət Radiotezliklər İdarəsi adlandırılıb”.
Ə.Məmmədov qeyd edib ki, DRI respublika ərazisində bütün müəssisə və təşkilatlara mülki məqsədlər üçün Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) tərəfindən ayrılmış radiotezliklərin qeydiyyatını və radioelektron vasitələrinin istismarına nəzarəti təmin edir: «Müstəqillik dövründə ölkə iqtisadiyyatının günü-gündən güclənməsi, yeni investisiya axını digər sahələrdə olduğu kimi, rabitə sahəsindən də yan keçməmiş, rabitə sahəsində olan bu inkişaf respublikada radiotezliklər üzrə radionəzarəti həyata keçirən Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, Efirə radionəzarət və monitorinq məntəqələrinin müasir tələbata uyğunlaşdırılmasını zəruri edib.
1991-ci ilə kimi efirə radionəzarət Bakı şəhəri üzrə 2 məntəqə - Yasamal və 8-ci Kilometr fəaliyyət göstərdiyi halda, müstəqilliyimizdən sonra Qəbələ, Gəncə, Masallı, Quba, Şirvan, Sahil məntəqələri və Beyləqan, Zaqatala, Astara, Qazax köməkçi məntəqələri yaradılaraq respublikanın bütün ərazisi əhatə olunmuşdur.
Hazırda DRİ-də Respublika üzrə efirə radionəzarət işlərinin həyata keçirilməsi məqsədilə Bakı şəhərində 3, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri fəaliyyət göstərir. Mehdiabad və Yeni Günəşli qəsəbələrində isə yeni məntəqələr tikilib».
Sonra fəaliyyətində fərqlənən işçilərə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə «Rabitə ustası» adı, «fəxri fərman» və pul mükafatları təqdim olunub.
SEYMUR
Baxış sayı: 1041
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı