12px13px15px17px
Tarix:03/09/13

Bakıda “Şərq Tərəfdaşlığı” çərçivəsində telekommunikasiya sahəsində əməkdaşlıq üzrə növbəti seminar keçirilir

Bakıda "Şərq Tərəfdaşlığı"na üzv ölkələrdə telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə əməkdaşlıq çərçivəsində seminar keçirilir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, əməkdaşlıq layihəsi Avropa Komissiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə icra olunur.
 
 "PricewaterhouseCoopers Slovakiya" şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən seminarın mövzusu "Mobil və sabit telekommunikasiya şəbəkələrində sonlandırma qiymətləri" adlanır.
 
Seminarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşları ilə yanaşı, Belarusun Rabitə və İnformatizasiya Nazirliyinin, Moldovanın, Gürcüstanın və Ukraynanın telekommunikasiya sahəsi üzrə tənzimləyici qurumlarının nümayəndələri  iştirak edirlər.
Seminarda təcrübəli ekspertlər tərəfindən bu sahə üzrə Avropa İttifaqının normativ hüquqi bazası, mövcud tövsiyələri, sonlandırma qiymətləri üzrə müxtəlif xərc və maliyyə modelləri barədə iştirakçılara məlumat veriləcək və  müzakirələr aparılacaq.
Tədbir Avropa Komissiyasının tövsiyələrinə uyğun olaraq telekommunikasiya bazarlarında tariflərin effektiv tənzimlənməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, ədalətli, şəffaf və xərc əsaslı tariflərin tətbiqi, həmçinin xidmət keyfiyyətinin artırılması baxımından əhəmiyyətli olacaq. 

Seminarda RİTN-in nümayəndəsi tərəfindən Azərbaycanın telekommunikasiya sahəsinə dair təqdimat nümayiş etdirilib,  son illərdə əldə olunan nailiyyətlər, iqtisadi göstəricilər, həyata keçirilən əhəmiyyətli layihələr,  bu sahənin, həmçinin operatorlararası arabağlantı qiymətlərinin tənzimlənməsi barədə seminar iştirakçılarına məlumat verilib.

Xatırladaq ki, RİTN bu sahədə "Şərq Tərəfdaşlığı"na üzv olan Belarus, Moldova, Gürcüstan və Ukraynanın, həmçinin Avropa Birliyinə daxil olan bir sıra ölkələrin aidiyyəti tənzimləyici qurumları ilə əməkdaşlıq edir.
Bundan əvvəl təşkil olunan seminarlar Tbilisi və Vilnüs şəhərlərində keçirilib və bu tədbirlərdə RİTN-in əməkdaşları iştirak ediblər.

Aynur Vəliyeva
 

 



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024