Tarix:03/09/13
“Proqram 12-31 avqust tarixlərində Yıldız Teknik Universiteti (YTU) Texnoparkı, İstanbul Teknik Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında reallaşıb. Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilən proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi.
Proqramın iştirakçıları “QUTechnopark”ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir”.
R.Rzayev TTP iştirakçılarının Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış olduqlarını deyib:
“YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarından faydalanaraq, böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazandılar. İştirakçılar təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTP iştirakçıları “QUTechnopark”ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq, “QUTechnopark” İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar. Yıldız Teknik Universiteti Texnoparkında YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirilib. Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət göstərən “CGM”, “FİNTEK”, “UYUMSOFT”, “YAZ BİLGİ”, “İPERA”, “TTO”, “NUKLEON”, “NEUTEC” və s. şirkətlərdə qrup və ya fərdi olaraq şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı”.
İstanbul Teknik Universitetinin Texnoparkında isə 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçilib: “İştirakçılar İTU-nin zəngin laboratoriya şəraiti ilə tanış oldular. Orta Doğu Texniki Universiteti Texnoparkında İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirilib. Seminarda azərbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət nümayəndələri də iştirak edirdilər”.
Həqiqət İSABALAYEVA
Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTP) başa çatdı. Qafqaz Universitetinin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin sözlərinə görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib:“Proqram 12-31 avqust tarixlərində Yıldız Teknik Universiteti (YTU) Texnoparkı, İstanbul Teknik Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında reallaşıb. Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilən proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi.
Proqramın iştirakçıları “QUTechnopark”ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir”.
R.Rzayev TTP iştirakçılarının Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış olduqlarını deyib:
“YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarından faydalanaraq, böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazandılar. İştirakçılar təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTP iştirakçıları “QUTechnopark”ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq, “QUTechnopark” İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar. Yıldız Teknik Universiteti Texnoparkında YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirilib. Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət göstərən “CGM”, “FİNTEK”, “UYUMSOFT”, “YAZ BİLGİ”, “İPERA”, “TTO”, “NUKLEON”, “NEUTEC” və s. şirkətlərdə qrup və ya fərdi olaraq şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı”.
İstanbul Teknik Universitetinin Texnoparkında isə 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçilib: “İştirakçılar İTU-nin zəngin laboratoriya şəraiti ilə tanış oldular. Orta Doğu Texniki Universiteti Texnoparkında İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirilib. Seminarda azərbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət nümayəndələri də iştirak edirdilər”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1430
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır