12px13px15px17px
Tarix:04/09/13

“Nokia”nın baş direktoru köhnə iş yerinə qayıdır

 “Nokia” şirkətinin baş direktoru - “Office” proqramının hazırlanması üzrə bölmənin keçmiş rəhbəri Stiven İlop “Microsoft” tərəfindən Finlandiya istehsalçısının smartfonların istehsalı üzrə bölməsi satın alındıqdan sonra vəzifəsini tərk edərək ABŞ korporasiyasına qayıdacaq. Bu barədə şirkətin məlumatında deyilir.  

“Nokia”nın hazırkı rəhbəri S.İlop bazar ekspertləri tərəfindən “Microsoft”un gələcək baş direktoru olmaq üçün ən real namizəd kimi qiymətləndirilir.  

“Microsoft” ilə imzalanan sazişə əsasən, maraqlar baxımından münaqişələrin yaranmaması məqsədilə S.İlop “Nokia”nın baş direktoru vəzifəsini tərk edir və “Microsoft”un satın aldığı “Devices&Services” bölməsinin vitse-prezidenti olur. Sövdələşmə başa çatdıqdan sonra S.İlop “Microsoft”un icraçı vitse-prezidenti vəzifəsini icra etməyə başlayacaq və “Windows Phone”, “Xbox” və  “Surface” məhsullarının hazırlandığı bölməyə rəhbərlik edəcək. Hazırda bu məhsullara məsul olan Culi-Larson Qrin isə S.İlopun tabeçiliyində çalışacaq, - “Digit www.digit.ru” yazır.
 



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024