12px13px15px17px
Tarix:04/09/13

Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək


Dənizkənarı Milli Parkda (bulvarda) "Wi-Fi" nöqtələri quraşdırılacaq.
Bu barədə Milli Dənizkənarı Park İdarəsinin rəhbəri Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, sözügedən işlər bu ilin sonuna qədər başa çatdırılacaq.

"Sakinlər və şəhərimizin qonaqları məşhur sosial şəbəkələrə, xəbər portallarına, dövlət qurumlarının saytlarına pulsuz daxil ola biləcəklər, - N.Məcidov bildirib.

Qeyd edək ki, Bakı şəhərində  2013-cü ildə naqilsiz internet şəbəkəsi zonaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə əlaqədar imzaladığı sərəncama müvafiq olaraq, fəaliyyətə başlayacaq.

O cümlədən, İqtisadi İnkişaf Nazirliyinə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə ictimai yerlərdə pulsuz "Wi-Fi" zonalarının yaradılmasının təşkili ilə bağlı göstəriş verilib.

Kamal Hacıyev



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024