12px13px15px17px
Tarix:04/09/13

Xalq kompüteri alanların sayı 22 minə yaxınlaşır


"Hər ailə üçün kompüter" şüarı altında keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 21600-ü keçib.

"Xalq kompüteri" layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dövlət qulluqçularına, həmçinin səhiyyə sahəsinin işçilərinə sadə şərtlərlə  - 12 ay boyunca, hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir.
 
Layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40% aşağı, birillik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılıb. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçiliblər. Hazırda layihə Bakı şəhərində və regionlarda geniş vüsət alıb. "Xalq kompüteri" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, "HP", "Microsoft" və "Bestcomp Group" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

 Layihədə həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompüterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində kompüterlər sənədlərlə və internetdə effektiv və təhlükəsiz işin aparılması üçün nəzərdə tutulan geniş çeşiddə lisenziyalı proqram təminatı ilə təchiz edilir.

RƏVAN
 



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024