Tarix:05/09/13
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8% artıb. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşür və bu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutub.
Ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olub.
Fərdi internet istifadəçilərinin sayına görə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4% yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşıb.
Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşür və bu göstərici üzrə ölkəmiz 78-ci yeri tutub.
Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6% yüksəlib. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedədir. Hazırda hər 100 nəfərdən 18,4% stasionar rabitə istifadəçisidir.
Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdə qərarlaşıb, bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir.
Aynur Vəliyeva
Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib
Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub. Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan (144 ölkə arasında) 46-cı yerdəki mövqeyindən 7 pillə irəliləyərək MDB məkanında öz liderliyini yenə də qoruyub."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8% artıb. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşür və bu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutub.
Ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olub.
Fərdi internet istifadəçilərinin sayına görə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4% yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşıb.
Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşür və bu göstərici üzrə ölkəmiz 78-ci yeri tutub.
Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6% yüksəlib. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedədir. Hazırda hər 100 nəfərdən 18,4% stasionar rabitə istifadəçisidir.
Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdə qərarlaşıb, bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir.
Aynur Vəliyeva
Baxış sayı: 907
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı