12px13px15px17px
Tarix:05/09/13

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu başlayır

Sentyabrın 5-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlayacaq.

Tədbirdə iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, forum çərçivəsində sentyabrın 4-də İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin nümayəndələrinin işçi görüşü keçirilib.
 
Görüşdə elmi tədqiqatlar üzrə əməkdaşlıq istiqamətlərinə, İƏT-ə üzv ölkələr arasında regional inteqrasiyanın dəstəklənməsinə, beyin mərkəzlərinin daimi əlaqələndirmə şurasının yaradılmasına və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə Pakistan və Qırğızıstanın analoji qurumları arasında, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan və “EcoMod Networking” şirkəti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
 
Bu gün isə - sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu çərçivəsində “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf” mövzusunda 1-ci Beynəlxalq Konfrans keçiriləcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024