Tarix:05/09/13
“ICTnews” xəbər xidmətinin məlumatına görə, şirkətin Mərkəzi və Şərqi Avropa regionunda konsultasiya mərkəzinin rəhbəri İvo Dolejalın bu günlərdə Bakıda keçirilən seminarda çıxışında bildirib ki, yerli mobil rabitə bazarının təhlili 6 aydan sonra başa çatacaq.
“Avropa Komissiyasının bizim qarşımızda qoyduğu tələblərə əsasən, bu təhlilin nəticələri əsasında hesabat hazırlamalıyıq və bu hesabata əsaslanaraq regional əməkdaşlığı qurmalıyıq. Bizim əsas məqsədimiz mobil şəbəkələrdə tariflərin tənzimlənməsi istiqamətlərini müəyyənləşdirməkdir. Bununla yanaşı, regional əməkdaşlıq çərçivəsində beynəlxalq və yerli rouminq tariflərinin tənzimlənməsi, mobil rabitə və rəqəmli yayım sahəsində tezlik zolaqlarının effektiv paylanmasının təmin edilməsi də bizim məqsədlərimizdir. Bu ildən etibarən biz region ölkələrində seminarlar keçiririk və bazarların müqayisəli təhlillərini aparırıq ki, mobil şəbəkələrdə tariflərin effektiv tənzimlənməsini təmin edək. Bu prosesdə bizim fəaliyyətimiz Avropa Komissiyasının 2009-cu ildə qəbul etdiyi sənədlərə və qanunvericiliyə əsaslanır”,- deyə o bildirib.
Ekspertin sözlərinə əsasən, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı proqramı” çərçivəsində proqramda iştirak edən ölkələrin rabitə tənzimləyicilərinin nümayəndələri üçün ümumilikdə 11 treninq olaraq, hər il treninqlərin və bazarın vəziyyəti haqda hesabatların hazırlanması nəzərdə tutulub.
Xatırladaq ki, proqramda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələr iştirak edirlər.
Aynur Vəliyeva
Slovakiya şirkəti Azərbaycanın mobil rabitə bazarının vəziyyəti haqda hesabat hazırlayacaq
“PricewaterhouseCoopers” (Slovakiya) şirkəti Azərbaycanın mobil rabitə bazarında keçirdiyi statistik təhlil əsasında hesabat hazırlayacaq.“ICTnews” xəbər xidmətinin məlumatına görə, şirkətin Mərkəzi və Şərqi Avropa regionunda konsultasiya mərkəzinin rəhbəri İvo Dolejalın bu günlərdə Bakıda keçirilən seminarda çıxışında bildirib ki, yerli mobil rabitə bazarının təhlili 6 aydan sonra başa çatacaq.
“Avropa Komissiyasının bizim qarşımızda qoyduğu tələblərə əsasən, bu təhlilin nəticələri əsasında hesabat hazırlamalıyıq və bu hesabata əsaslanaraq regional əməkdaşlığı qurmalıyıq. Bizim əsas məqsədimiz mobil şəbəkələrdə tariflərin tənzimlənməsi istiqamətlərini müəyyənləşdirməkdir. Bununla yanaşı, regional əməkdaşlıq çərçivəsində beynəlxalq və yerli rouminq tariflərinin tənzimlənməsi, mobil rabitə və rəqəmli yayım sahəsində tezlik zolaqlarının effektiv paylanmasının təmin edilməsi də bizim məqsədlərimizdir. Bu ildən etibarən biz region ölkələrində seminarlar keçiririk və bazarların müqayisəli təhlillərini aparırıq ki, mobil şəbəkələrdə tariflərin effektiv tənzimlənməsini təmin edək. Bu prosesdə bizim fəaliyyətimiz Avropa Komissiyasının 2009-cu ildə qəbul etdiyi sənədlərə və qanunvericiliyə əsaslanır”,- deyə o bildirib.
Ekspertin sözlərinə əsasən, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı proqramı” çərçivəsində proqramda iştirak edən ölkələrin rabitə tənzimləyicilərinin nümayəndələri üçün ümumilikdə 11 treninq olaraq, hər il treninqlərin və bazarın vəziyyəti haqda hesabatların hazırlanması nəzərdə tutulub.
Xatırladaq ki, proqramda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələr iştirak edirlər.
Aynur Vəliyeva
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır