12px13px15px17px
Tarix:05/09/13

Bu ilin sonuna kimi AMEA-nın bütün institut və təşkilatları AzScienceNet-ə qoşulacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri, Genetik Ehtiyatlar, həmçinin Torpaqşünaslıq və Aqrokimya institutlarının lokal kompüter şəbəkələri fiber-optik kabel vasitəsilə AzScienceNet elm kompüter şəbəkəsinə (EKŞ) qoşulub. Bununla da həmin institutlar yüksəksürətli internetə çıxış imkanı ilə təmin olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sözlərinə görə, görülən işlər müvafiq qurumların gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, həmçinin dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq.

R.Ələkbərov qeyd edib ki, cari ilin sonuna kimi AMEA-nın bütün institut və təşkilatlarının lokal kompüter şəbəkələrinin fiber-optik kabel vasitəsilə AzScienceNet EKŞ-yə qoşulması planlaşdırılır.

CAHANGİR



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024