12px13px15px17px
Tarix:06/09/13

İnternetdə saytların sayı 739 milyona çatıb


"Netcraft" analitik şirkətinin sentyabrın 1-nə olan məlumatına əsasən, internetdə 739 032 236 sayt fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 22,2 milyon çoxdur. Son ayda "Nginx" veb-serveri xidmət göstərdiyi saytların bazasını 7,4 milyon artırıb və hazırda onun bazası internetdə fəaliyyət göstərən saytların 15%-ni təşkil edir.

Xatırladaq ki, bu yaxınlarda "Nginx" tərtibatçıları sözügedən veb-serverin kommersiya versiyasını istifadəyə veriblər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son ayda "Apache" veb-serveri tərəfindən xidmət göstərilən saytların sayı 9,7 milyon artıb və hazırda onun bu seqmentdə payı 64% təşkil edir.

Emil Hüseynov
 



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024