Tarix:06/09/13
Tədbirlər Planında 22-ci bənd üzrə "Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. "Vikipedia"da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.
Belə ki, yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən AGTA Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsinin icrasına başlayıb: "İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda "Vikipedia" könüllülük hərəkatının yayılmasından ibarətdir". "VikiHərəkat" iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi "VikiHərəkat"a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə "Vikipedia"da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.
Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə "Təlimçilərin təlimi" keçiriləcək.
İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.
Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. "VikiHərəkat"a fərd və ya təşkilat olaraq qoşulmaq mümkündür. Təşkilat olaraq "VikiHərəkat"a qoşulmaq üçün +99412 497 80 09, +99451 931 01 86 nömrələri ilə əlaqə saxlamaq lazımdır. Fərd olaraq qoşulmaq üçün "Ərizə" forması doldurulmalıdır. "VikiHərəkat"a qoşulduqdan sonra hərəkat barədə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, 14-15 sentyabrda Bakı şəhərində keçiriləcək "Təlimçilərin təlimi"ndə iştirak etmək üçün "Ərizələrin qəbulu" elan ediləcək. Regionlarda keçiriləcək təlimlərin tarixi isə "Təlimçilərin təlimi"ndən sonra elan ediləcək. Bütün təlim iştirakçıları "VikiHərəkat"a qoşulacaq.
Həqiqət İSABALAYEVA
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə bəndlərin icrasını davam etdirir.Tədbirlər Planında 22-ci bənd üzrə "Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. "Vikipedia"da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.
Belə ki, yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən AGTA Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsinin icrasına başlayıb: "İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda "Vikipedia" könüllülük hərəkatının yayılmasından ibarətdir". "VikiHərəkat" iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi "VikiHərəkat"a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə "Vikipedia"da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.
Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə "Təlimçilərin təlimi" keçiriləcək.
İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.
Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. "VikiHərəkat"a fərd və ya təşkilat olaraq qoşulmaq mümkündür. Təşkilat olaraq "VikiHərəkat"a qoşulmaq üçün +99412 497 80 09, +99451 931 01 86 nömrələri ilə əlaqə saxlamaq lazımdır. Fərd olaraq qoşulmaq üçün "Ərizə" forması doldurulmalıdır. "VikiHərəkat"a qoşulduqdan sonra hərəkat barədə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, 14-15 sentyabrda Bakı şəhərində keçiriləcək "Təlimçilərin təlimi"ndə iştirak etmək üçün "Ərizələrin qəbulu" elan ediləcək. Regionlarda keçiriləcək təlimlərin tarixi isə "Təlimçilərin təlimi"ndən sonra elan ediləcək. Bütün təlim iştirakçıları "VikiHərəkat"a qoşulacaq.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 940
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı