12px13px15px17px
Tarix:06/09/13

Azərbaycanda ixtiraçılıq sahəsində nailiyyətlərə görə I Respublika müsabiqəsi keçiriləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə respublikada elmi biliklərin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə maraqlı tərəflərin cəlb edilməsinə yardım göstərilməsi;  “Elm və texnologiyaların prioritet  istiqamətləri və perspektiv ixtiralar” toplusunun hazırlanması, bu sahədə məlumat bazasının yaradılması;  ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə I Respublika müsabiqəsi elan edir.  
 
Komitədən bildirilib ki, Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.
 
Müsabiqə 2012-ci ildə qeydiyyata alınan ixtira patentləri üzrə keçirilir.
 
Müsabiqəyə 2012-ci ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan milli ixtiraçıların patentləri də təqdim oluna bilər. İştirak etmək istəyən  şəxslər təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən Ərizə (Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır); patentin əsli ilə birlikdə surəti; patentə  məxsus ixtiranın bütün materialları (ixtiranın  təsviri, düsturu, referatı, texnoloji sxemi, çertyoju və s.); mümkün istifadə sahəsi göstərilməklə  əhəmiyyəti, ixtiranın  səmərəsi barədə əsaslandırılmış  məlumatlar;  patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda); patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədləri təqdim etməlidir.
 
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPATENT) (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2013-cü il noyabr ayının 1-nə kimi həftənin iş günləri saat 14:30-dan 17:30-dək təqdim edə bilərlər.
 
 
Daha ətraflı məlumat almaq üçün  449-99-59 nömrəli telefonla “AzPATENT”-ə (əlaqələndirici şəxs: Alı İsmayılov)  müraciət etmək olar.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024