12px13px15px17px
Tarix:06/09/13

Qərib Məmmədov: “Komitədə elektron imzadan istifadənin sürətləndirilməsi ilə əlaqədar təkliflər hazırlanıb”

“Elektron hökumət - dövlət strukturlarının fəaliyyətinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik, komitə və ya hər hansı bir idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər”.
 
 
 “ICTnews” elektron xəbər xidmətinin  məlumatına görə, bu fikirləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov söyləyib. O, Yeni Azərbaycan Partiyasının rəsmi  internet səhifəsinə verdiyi müsahibəsində Komitə tərəfindən görülən işlərdən danışıb: “Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası sahəsində görülmüş işlər barədə bildiririk ki, həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18 iyul 2011-ci il tarixli 215 nömrəli əmrinə əsasən, hər bir bənd üzrə icraçılar müəyyən edilib. Yüksək keyfiyyətli elektron xidmətlərin göştərilməsinin təmin olunması məqsədilə Komitənin və tabeçiliyində olan qurumların müasir tələblərə tam cavab verən lokal şəbəkələrinin qurulması yekunlaşmaq üzrədir.
 
 
 
Komitədə “Elektron hökumət” Dövlət Proqramının tətbiq edilməsi və elektron imzadan istifadənin sürətləndirilməsi, həmçinin modern və çevik idarəetmənin təmin edilməsi, əhaliyə, dövlət orqanlarına göstərilən elektron xidmətlərin çeşidinin artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə rayon (şəhər) şöbələrinin və tabeliyində olan qurumların regional bölmələrinin vahid İntranet şəbəkəsinə qoşulmasına, virtual treninqlərin keçirilməsinə, vətəndaşların internet üzərindən videoqəbulunun təşkilinə dair təkliflər hazırlanıb”.
 
 
Q.Məmmədov qeyd edib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya olunmuş və Elektron Xidmətlər Portalında Komitənin 13 xidməti təqdim olunub. Bunun üçün Komitənin inzibati binasında EHDİS-in adaptasiya və təhlükəsizlik serverləri yerləşdirilib. Xidmətlərin interaktivliyi təmin olunub:
 
 
“Komitənin rəsmi internet informasiya ehtiyatı olan “www.dtxk.gov.az” portalında elektron xidmət bölməsi yaradılıb, göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilib. Şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. Elektron xidmət bölməsinə müraciət edən şəxslərin identifikasiyasını, onlar tərəfindən müəyyən edilən qaydada doldurulan ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini həyata keçirən xüsusi proqram (“mühərrik”) hazırlanıb və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib”.
 
 
DTXK tərəfindən göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üçün müvafiq billinq sistemlərinin yaradıldığını söyləyən Q.Məmmədovun sözlərinə görə, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların əsasən EHDİS üzərindən həyata keçirilməsi fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin sistemdə tətbiq olunan zəruri texniki təhlükəsizlik tədbirlərindən yararlanmağa imkan verib:
 
 
“Komitədə mövcud informasiya ehtiyatlarının tam elektronlaşdırılması və onların digər qurumların verilənlər bazaları ilə interoperabelliyinin təmin edilməsi ilə əlaqədar intensiv işlər davam etdirilir, o cümlədən Geoportal və ictimai kadastr xəritəsi ilkin test rejimində istifadəyə verilib. Qeyd etmək istərdik ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün Komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılıb. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilmişdir. 4.2.8 yarımbəndinə uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində 7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır. 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planlama işləri həyata keçirilmişdir”.
 
SEYMUR
 
 



Baxış sayı: 928

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024