Tarix:06/09/13
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik edib. O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də nəzəri cəlb edib.
Muxtar Respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın yaradılması məqsədi ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqla təmin edilib, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulub.
Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab var. Kitabxanaya fiber-optik kabel çəkilib, daxili şəbəkə yaradılıb və internet səhifəsi hazırlanıb. Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli istifadə etmələrinə şərait yaradır.
Kitabxananın www.e-kitab.ameanb.nmr.az İnternet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcək. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb. Saytın "Kitabxana", "Elektron kataloq", "Bizimlə əlaqə" bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, "Media" bölməsində isə audiokitablar və videofayllar yerləşdirilmişdir. "Elektron kitablar" bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər var.
Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. "Faydalı linklər" bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.
Həqiqət İSABALAYEVA
AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası istifadəyə verilib
AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub. AMEA-dan verilən məlumata görə, açılış mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bu gün Muxtar Respublikada elmin inkişafına hərtərəfli qayğı göstərildiyini, AMEA Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşdüyünü, bölmənin maddi-texniki bazasının gücləndirildiyini, əməkdaşların fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib.Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik edib. O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də nəzəri cəlb edib.
Muxtar Respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın yaradılması məqsədi ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqla təmin edilib, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulub.
Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab var. Kitabxanaya fiber-optik kabel çəkilib, daxili şəbəkə yaradılıb və internet səhifəsi hazırlanıb. Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli istifadə etmələrinə şərait yaradır.
Kitabxananın www.e-kitab.ameanb.nmr.az İnternet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcək. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb. Saytın "Kitabxana", "Elektron kataloq", "Bizimlə əlaqə" bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, "Media" bölməsində isə audiokitablar və videofayllar yerləşdirilmişdir. "Elektron kitablar" bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər var.
Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. "Faydalı linklər" bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1153
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır