Tarix:07/09/13
Şirkətin rəhbəri Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “AG Bank”, “ATA Bank”, “Unibank” ilə artıq müqavilələr imzalanıb.
“Yaxın zamanda bu bankların kreditlərinin ödənişini “hesab.az” ödəniş portalı vasitəsilə həyata keçirmək mümkün olacaq. Eyni zamanda, “ExpressBank”, “Bank Respublika”, “Yapıkredibank”, “DemirBank” və digər banklarla danışıqlar aparılır və yaxın zamanda onların da sistemə qoşulması gözlənilir.
Onlayn ödəniş sisteminin üstünlüyü ilk növbədə müştərilər üçün rahatlığın təmin edilməsidir. Belə ki, bu xidmətdən istifadə edərək, bankın ofisinə getmək zərurəti yaranmır.
İstənilən bankın “Visa” və “MasterCard” kartlarının sahibləri bankın kreditlərini ödəmək üçün portalın "online-odənişlər" bölməsindən yararlana bilərlər.
“Hesab.az” portalı vasitəsilə onlayn ödəniş həyata keçirilməsi üçün, müştərilər "Banklar və lizinq" moduluna daxil olaraq, kredit ödənişlərini göstərərək “Turanbank” bölməsini seçməlidirlər.
Müştərilər kredit ödənişlərini həyata keçirərkən, hər dəfə şəxsi nömrələrini göstərməyə ehtiyac yaranmayacaq. Onların bu nömrəni bir dəfə "şəxsi kabinetə" daxil etmələri tələb olunur.
Portalda həyata keçirilən ödənişlərin hər 0.10 manatına “hesab.az” müştəriləri əlavə bonuslar qazanırlar. Bu bonuslar vasitəsilə gələcəkdə onlar “GoldenPay” şirkətindən hədiyyələr qazanmaq imkanı qazanırlar.
Ödənişlərin aparılması tarixi ödəyicinin "şəxsi kabinetində" saxlanılır. Yaxın vaxtlarda “hesab.az” portalında plastik kartı saxlamaimkanı yaranacaq ki, bu da istifadəçilərə ödənişləri avtomatik həyata keçirməyə imkan verəcək.
Bundan başqa, “hesab.az” portalına yeni banklar qoşulacaq ki, bu da öz növbəsində müştərilərə kreditlərin məsafədən ödənilməsinə imkan yaradacaq.
Bu günədək “GoldenPay” ödəmə sisteminə 100-ə yaxın şirkət qoşulub. Sistem “Visa İnternational” və “MasterCard”da sertifikasiyadan keçib.
Aynur Vəliyeva
“GoldenPay” şirkəti banklarla əməkdaşlığını genişləndirir
“GoldenPay” şirkəti yaxın zamanda onlayn ödəmə sisteminə 6-dək bankı qoşmaq niyyətindədir.Şirkətin rəhbəri Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “AG Bank”, “ATA Bank”, “Unibank” ilə artıq müqavilələr imzalanıb.
“Yaxın zamanda bu bankların kreditlərinin ödənişini “hesab.az” ödəniş portalı vasitəsilə həyata keçirmək mümkün olacaq. Eyni zamanda, “ExpressBank”, “Bank Respublika”, “Yapıkredibank”, “DemirBank” və digər banklarla danışıqlar aparılır və yaxın zamanda onların da sistemə qoşulması gözlənilir.
Onlayn ödəniş sisteminin üstünlüyü ilk növbədə müştərilər üçün rahatlığın təmin edilməsidir. Belə ki, bu xidmətdən istifadə edərək, bankın ofisinə getmək zərurəti yaranmır.
İstənilən bankın “Visa” və “MasterCard” kartlarının sahibləri bankın kreditlərini ödəmək üçün portalın "online-odənişlər" bölməsindən yararlana bilərlər.
“Hesab.az” portalı vasitəsilə onlayn ödəniş həyata keçirilməsi üçün, müştərilər "Banklar və lizinq" moduluna daxil olaraq, kredit ödənişlərini göstərərək “Turanbank” bölməsini seçməlidirlər.
Müştərilər kredit ödənişlərini həyata keçirərkən, hər dəfə şəxsi nömrələrini göstərməyə ehtiyac yaranmayacaq. Onların bu nömrəni bir dəfə "şəxsi kabinetə" daxil etmələri tələb olunur.
Portalda həyata keçirilən ödənişlərin hər 0.10 manatına “hesab.az” müştəriləri əlavə bonuslar qazanırlar. Bu bonuslar vasitəsilə gələcəkdə onlar “GoldenPay” şirkətindən hədiyyələr qazanmaq imkanı qazanırlar.
Ödənişlərin aparılması tarixi ödəyicinin "şəxsi kabinetində" saxlanılır. Yaxın vaxtlarda “hesab.az” portalında plastik kartı saxlamaimkanı yaranacaq ki, bu da istifadəçilərə ödənişləri avtomatik həyata keçirməyə imkan verəcək.
Bundan başqa, “hesab.az” portalına yeni banklar qoşulacaq ki, bu da öz növbəsində müştərilərə kreditlərin məsafədən ödənilməsinə imkan yaradacaq.
Bu günədək “GoldenPay” ödəmə sisteminə 100-ə yaxın şirkət qoşulub. Sistem “Visa İnternational” və “MasterCard”da sertifikasiyadan keçib.
Aynur Vəliyeva
Baxış sayı: 813
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib