Tarix:07/09/13
Nazirin Amerika Birləşmiş Ştatlarına səfəri əlamətdar hadisələrlə yadda qalıb.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub. Qətnamə layihəsi Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən assambleya üzvlərinə təqdim edilib.
Qətnamə layihəsinin müzakirəsi zamanı Baş Assambleyanın sədri Vuk Yeremiç və BMT-in Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo çıxış edərək Azərbaycan təşəbbüsünü dəstəkləyiblər.
4 sentyabr tarixində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib.
BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub. ABŞ Dövlət Departamentində Beynəlxalq Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.
Bundan başqa, nazir ABŞ-ın "ITT Exelis" qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və "Futron" şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.
4 sentyabr tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə "UN Plaza" mehmanxanasında Azərbaycan gecəsi təşkil olunub, tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və yerli diasporların nümayəndələri iştirak ediblər.
Tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev də iştirak edib.
Nazirin ABŞ səfəri başa çatıb
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 3-5 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.Nazirin Amerika Birləşmiş Ştatlarına səfəri əlamətdar hadisələrlə yadda qalıb.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub. Qətnamə layihəsi Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən assambleya üzvlərinə təqdim edilib.
Qətnamə layihəsinin müzakirəsi zamanı Baş Assambleyanın sədri Vuk Yeremiç və BMT-in Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo çıxış edərək Azərbaycan təşəbbüsünü dəstəkləyiblər.
4 sentyabr tarixində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib.
BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub. ABŞ Dövlət Departamentində Beynəlxalq Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.
Bundan başqa, nazir ABŞ-ın "ITT Exelis" qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və "Futron" şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.
4 sentyabr tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə "UN Plaza" mehmanxanasında Azərbaycan gecəsi təşkil olunub, tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və yerli diasporların nümayəndələri iştirak ediblər.
Tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev də iştirak edib.
Baxış sayı: 892
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı