Tarix:09/09/13
Bunlara “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği”, “Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi”, “Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi”, “Gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi”, “Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş”, “Gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi”, “Özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak” aiddir.
Müsabiqə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlər əsasında aparılıb ki, bu bəndlərə də “Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi” “Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması”, “İnternet jurnalistikası üzrə təlimlərin təşkili” və s. daxildir. Müsabiqəyə 113 təşkilat layihə təqdim edib.
Təqdim edilmiş layihələrin ümumi büdcəsi 3.626.090,05 manat, Gənclər və İdman Nazirliyindən istənilən məbləğ isə 3.237.959,29 manat təşkil edir: “Təqdim edilən layihələrin 2-si müsabiqənin mövzusuna uyğun gəlmədiyindən, 8 təşkilat isə gənclər təşkilatı olmadığından həmin təşkilatların layihələrinə baxılmayıb. 102 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilib və 71 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilib. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 1.525.567 manat təşkil edir”.
Maliyyələşdirilən layihələrə gəlincə, burada “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin “İKT inkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması”, “Gənclər Mərkəzi” İctimai Birliyinin “Region gənclərinin informasiya texnologiyaları sahəsində yeni peşələrə yiyələnməsinin stimullaşdırılması”, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin “Xüsusi qayğıya ehtiyacı olan gənclər üçün həyat bacarıqları”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin müasir texnologiyalara düzgün yiyələnməsi günümüzün tələbidir”, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin “Sosial şəbəkələrdən düzgün istifadə və internetdə mütaliənin artırılması”, “Demokratik Gənclər” İctimai Birliyinin (Sumqayıt) “Cənub region gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması”, Sumqayıt Tələbələr İttifaqının “Sumqayıt tələbələrinin innovativ gənclər sərgisi”, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin “Gənclərin internet aludəçiliyindən qorunması”, “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin (Sumqayıt) “Region gənclərinin sosial servislərdən effektiv istifadə imkanları barədə bilik və bacarıqlarının artırılması”, “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin “Region gəncləri arasında informasiya-kommunikasiya texnologiyalarının təbliği”, “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin “Üz kitabım - davranışım və bacarığım”, “Rezonans” Gənclərin İctimai Birliyinin “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarının artırılması”, “Kompüter Oyunları Milli Assosiasiyası” İctimai Birliyinin “Azərbaycan Qəhrəmanları: virtual bələdçi. I cild”, “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardım” İctimai Birliyinin “Virtual aləm düşərgəsi” və s. layihələr yer alıb.
Həqiqət İSABALAYEVA
Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq
Gənclər və İdman Nazirliyi (GİN) gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini elan edib. Nazirlikdən verilən məlumata görə, müsabiqə gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün bir sıra mövzular üzrə keçirilib.Bunlara “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği”, “Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi”, “Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi”, “Gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi”, “Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş”, “Gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi”, “Özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak” aiddir.
Müsabiqə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlər əsasında aparılıb ki, bu bəndlərə də “Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi” “Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması”, “İnternet jurnalistikası üzrə təlimlərin təşkili” və s. daxildir. Müsabiqəyə 113 təşkilat layihə təqdim edib.
Təqdim edilmiş layihələrin ümumi büdcəsi 3.626.090,05 manat, Gənclər və İdman Nazirliyindən istənilən məbləğ isə 3.237.959,29 manat təşkil edir: “Təqdim edilən layihələrin 2-si müsabiqənin mövzusuna uyğun gəlmədiyindən, 8 təşkilat isə gənclər təşkilatı olmadığından həmin təşkilatların layihələrinə baxılmayıb. 102 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilib və 71 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilib. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 1.525.567 manat təşkil edir”.
Maliyyələşdirilən layihələrə gəlincə, burada “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin “İKT inkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması”, “Gənclər Mərkəzi” İctimai Birliyinin “Region gənclərinin informasiya texnologiyaları sahəsində yeni peşələrə yiyələnməsinin stimullaşdırılması”, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin “Xüsusi qayğıya ehtiyacı olan gənclər üçün həyat bacarıqları”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin müasir texnologiyalara düzgün yiyələnməsi günümüzün tələbidir”, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin “Sosial şəbəkələrdən düzgün istifadə və internetdə mütaliənin artırılması”, “Demokratik Gənclər” İctimai Birliyinin (Sumqayıt) “Cənub region gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması”, Sumqayıt Tələbələr İttifaqının “Sumqayıt tələbələrinin innovativ gənclər sərgisi”, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin “Gənclərin internet aludəçiliyindən qorunması”, “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin (Sumqayıt) “Region gənclərinin sosial servislərdən effektiv istifadə imkanları barədə bilik və bacarıqlarının artırılması”, “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin “Region gəncləri arasında informasiya-kommunikasiya texnologiyalarının təbliği”, “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin “Üz kitabım - davranışım və bacarığım”, “Rezonans” Gənclərin İctimai Birliyinin “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarının artırılması”, “Kompüter Oyunları Milli Assosiasiyası” İctimai Birliyinin “Azərbaycan Qəhrəmanları: virtual bələdçi. I cild”, “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardım” İctimai Birliyinin “Virtual aləm düşərgəsi” və s. layihələr yer alıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1237
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır