12px13px15px17px
Tarix:09/09/13

"Facebook"-un dondurması çıxdı


Dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”un dondurması da çıxıb. Xorvatiyalı iki qardaş tərəfindən hazırlanan dondurma hər kəsin diqqətini cəlb edib. Admir və İbi Adili adlı iki qardaş Valentino adlı dondurma şirkətlərində “Facebook” adlı dondurma da istehsal etməyə başlayıblar. 
 
“Facebook” dondurmasının qiyməti 1 avrodur. Dondurma şirkətinin sahiblərindən biri olan Admir Adili qızının “Facebook” sosial şəbəkəsində çox vaxt keçirdiyini öyrəndikdən sonra bu adda dondurma hazırlamağa qərar verib. Dondurma eyni ilə “Facebook”un işarəsinə bənzəyir.
 
Ağ və mavi rənglərlə bəzədilmiş dondurmanın hazırlanması üçün Mark Zukerberqdən icazə alınmayıb. Şirkətin sahibi jurnalistlərə verdiyi müsahibədə zarafatla: “Zukerberq mənə zəng edərsə ondan icazə alacağam”- deyib.
 
Kamal Hacıyev



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024