12px13px15px17px
Tarix:09/09/13

İnformatika fənn müəllimləri üçün keçirilən təlimlər dekabrın 31-də yekunlaşacaq

 
2013/2014-cü tədris ilində 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən İnformatika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər keçirilir. Təlimlər "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə" üzrə təşkil olunur.
 
 Təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələrinə görə, təklifini təqdim etmiş məsləhətçi şirkət keyfiyyətə və qiymətə əsaslanan seçim metodu üzrə müəyyənləşib.
 
Belə ki, Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlər Qafqaz Universiteti, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarının, eyni zamanda Aran və Lənkəran iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlər "Mədəd Azərbaycan" MMC tərəfindən aparılır.
 
Sözügedən təşkilatlarla təlimlərin təşkili üzrə bağlanan müqavilənin müddəti 31 dekabrda başa çatacaq.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024