12px13px15px17px
Tarix:09/09/13

“Apple” Yaponiya bazarını hədəf seçib


 ABŞ-ın elektronika istehsalçısı “Apple” şirkəti Yaponiyanın nəhəng mobil operatoru “NTT DoCoMo” şirkəti ilə “iPhone” smartfonlarının bu ölkədə satışı ilə bağlı son sazişi imzalamağa yaxındır.   
 
Bununla da “Apple” tərəfdaşlar sırasına Yaponiyanın son nəhəng operatorunu əlavə etmiş olacaq. Hazırda ABŞ istehsalçısı “SoftBank” və “KDDI” şirkətləri ilə saziş bağlayıb. “Apple”ın hələlik Asiyada razılığa gələ bilmədiyi yeganə operator abunəçi bazası 700 milyon nəfəri ötən Çinin "China Mobile” şirkətidir. Bu şirkətin abunəçilərinin sayı ABŞ və Qərbi Avropada yaşayan abunəçilərin ümumi sayından çoxdur.

“DoCoMo”nun dəstəyini qazanan “Apple” şirkəti “iPhone” və “iPad” modellərinin satış və mənfəətinin zəifləməsi fonunda vacib tərəfdaş əldə edir. Bundan başqa, şirkət Yaponiyanın paytaxtında “Apple Store” mağazasını da açmaq niyyətindədir. Son belə satış nöqtəsi Yaponiyada 2005-ci ildə açılıb.  


“Credit Suisse Group AG” şirkətinin analitiki Hitosi Hayakavanın fikrincə, “Apple”ın Yaponiyada fəallığı ölkəyə hazırda bazar payı 40 faiz təşkil edən smartfonların nüfuz etməsini artıracaq.


“Apple” üçün 29 iyun 2013-cü ildə başa çatan üçüncü maliyyə rübündə şirkətin satış həcmi 35,3 milyard dollar təşkil edib ki, bunun da 2,54 milyard dolları Yaponiya bazarında aparılan işin nəticəsində əldə olunub, - “DailyComm” www.dailycomm.ru yazır.





Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024