12px13px15px17px
Tarix:09/09/13

“Yahoo!” müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarına hesabat verir


 
“Yahoo!” internet şirkəti tarixində ilk dəfə müxtəlif ölkələrin hüquq-mühafizə orqanları və federal agentlikləri tərəfindən məlumat almaq üçün verdikləri sorğular haqqında informasiyanı açıqlayıb.

Buna qədər belə məlumatları "Twitter”, “Google “ və “Microsoft” şirkətləri dərc etsə də, ABŞ-ın mobil rabitə operatorları bunu etməkdən çəkiniblər.  

“Yahoo!”-nun məlumatlarında deyilir ki, 2013-cü ilin birinci yarısında (hesabat 2013-cü ilin yanvar-iyun aylarını əhatə edir) şirkət ABŞ federal idarələrinin 12 444 sorğusu daxil olmaqla abunəçi informasiyasının açıqlanması ilə bağlı 40 322 sorğu alıb. Şirkət bu müraciətlərin 37 faizinə müsbət cavab verərək bilavasitə istifadəçi və ya onun kontenti ilə bağlı məlumatları hüquq-mühafizə orqanlarına ötürüb.

“Yahoo!”-dan 2-ci ən çox məlumat tələb edən ölkə 5306 istifadəçi ilə bağlı 4295 sorğu verən Almaniya, ən az məlumat istəyən isə 9 akkaunt üzrə cəmi 9 sorğu verən Yeni Zelandiyanın hüquq-mühafizə orqanları olub.


“Yahoo!” da digər internet şirkətləri kimi bəyan edib ki, polis və istintaq orqanlarından daxil olan sorğuların xeyli hissəsi araşdırmaların aparıldığı şəxslərlə bağlı olub. Eyni zamanda, şirkət qeyd edib ki, ABŞ təşkilatları sorğularının bəzilərində xarici ölkə vətəndaşları ilə maraqlanıb, - "Cybersecurity www.cybersecurity.ru” yazır. 



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024