Tarix:09/09/13
İlkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcək. İkinci mərhələdə isə hazırlanmış təlimçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.
Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. “VikiHərəkat”da “Vikipedia”da məlumatların yerləşdirilməsi ilə məşğul olan hər kəs iştirak edə bilər. Müraciətlər Azərbaycanın bütün şəhər və rayonlarından qəbul edilir. İştirakçıların bütün xərcləri qarşılanır. Müraciət formasını doldurmaq üçün ƏRİZƏ FORMASINI doldurmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.
Həqiqət İSABALAYEVA
“Vikipedia” könüllülük hərəkatının yayılması üçün ərizə qəbuluna başlanılıb
“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində internetdə Azərbaycanla bağlı məlumatların artırılması, dolğun, ətraflı kontentlərin hazırlanması və “Vikipedia”da yerləşdirilməsi üzrə tədbirlərin icrası davam edir. Bu məqsədlə “Vikipedia” könüllülük hərəkatının yayılması, təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılması üçün ərizə qəbuluna başlanılıb.İlkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcək. İkinci mərhələdə isə hazırlanmış təlimçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.
Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. “VikiHərəkat”da “Vikipedia”da məlumatların yerləşdirilməsi ilə məşğul olan hər kəs iştirak edə bilər. Müraciətlər Azərbaycanın bütün şəhər və rayonlarından qəbul edilir. İştirakçıların bütün xərcləri qarşılanır. Müraciət formasını doldurmaq üçün ƏRİZƏ FORMASINI doldurmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1089
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib