12px13px15px17px
Tarix:09/09/13

“NASA” agentliyi “Instagram” xidmətində hesab açıb

Amerikanın "NASA" kosmik agentliyi "Instagram" xidmətində hesab açıb. Bu barədə agentliyin mətbuat katibi Loren Uorli deyib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, artıq "Facebook", "Twitter", "YouTube", "Foursquare" və "Google+" sosial şəbəkələrində kosmik agentliyin səhifələri yaradılıb. "Biz həmişə "NASA" agentliyinin tədqiqat və kəşfləri haqqında insanlara danışmaq üçün yeni üsullar axtarırıq və Yer kürəsi və kosmosda çəkilmiş fotoşəkillərimizi "Instagram" istifadəçiləri ilə paylaşmaq istəyirik" – Uorli deyib.

Bir neçə gün ərzində hesaba 80 mindən çox istifadəçi abunə olub.

Xatırladaq ki, "Instagram" xidməti 2010-cu ildə istifadəyə verilib. Tətbiq internetdə fotoşəkil və qısa videoçarxlar paylaşmağa imkan verir. Hər ay sözügedən xidmətdən təxminən 150 milyon insan istifadə edir.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024