Tarix:09/09/13
Qeyd olunan tədbirin icrası ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Dünya Bankının "Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi" çərçivəsində beynəlxalq ekspertizadan yararlanaraq dövlət və korporativ qiymətli kağızların vahid depozitar sisteminin yaradılması və qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması istiqamətində Tədbirlər Planı hazırlayıb.
Qeyd olunmuş tədbirlər qiymətli kağızlar bazarının post-ticarət infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması, qiymətli kağızlarla əməliyyatların səmərəliliyinin artırılması, post-ticarət sistemlərinin dayanıqlığının təmin edilməsi və sistem risklərinin minimuma endirilməsini təmin edəcəkdir.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, qeyd olunan Tədbirlər Planının icrası istiqamətində ilkin addım olaraq dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının Bakı Fond Birjasından (BFB) Milli Depozit Mərkəzinə (MDM) keçidinə cari ilin sentyabr ayından start verilmişdir.
Belə ki, (QKDK) tərəfindən 22 avqust 2013-cü il tarixində "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilmiş və qiymətli kağızlar üzrə klirinq və hesablaşmaların həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlarının saxlanılmasının Bakı Fond Birjasından Milli Depozit Mərkəzinə ötürülməsi istiqamətində hüquqi, texniki və təşkilati tədbirlər tamamlanıb.
Həqiqət İSABALAYEVA
Vahid post-ticarət institutunun yaradılması prosesinə start verilib
Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında qiymətli kağızlar bazarının institusional inkişafı istiqamətində nəzərdə tutulmuş tədbirlərdən biri vahid post-ticarət institutunun yaradılmasıdır.Qeyd olunan tədbirin icrası ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Dünya Bankının "Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi" çərçivəsində beynəlxalq ekspertizadan yararlanaraq dövlət və korporativ qiymətli kağızların vahid depozitar sisteminin yaradılması və qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması istiqamətində Tədbirlər Planı hazırlayıb.
Qeyd olunmuş tədbirlər qiymətli kağızlar bazarının post-ticarət infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması, qiymətli kağızlarla əməliyyatların səmərəliliyinin artırılması, post-ticarət sistemlərinin dayanıqlığının təmin edilməsi və sistem risklərinin minimuma endirilməsini təmin edəcəkdir.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, qeyd olunan Tədbirlər Planının icrası istiqamətində ilkin addım olaraq dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının Bakı Fond Birjasından (BFB) Milli Depozit Mərkəzinə (MDM) keçidinə cari ilin sentyabr ayından start verilmişdir.
Belə ki, (QKDK) tərəfindən 22 avqust 2013-cü il tarixində "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilmiş və qiymətli kağızlar üzrə klirinq və hesablaşmaların həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlarının saxlanılmasının Bakı Fond Birjasından Milli Depozit Mərkəzinə ötürülməsi istiqamətində hüquqi, texniki və təşkilati tədbirlər tamamlanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 637
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır