12px13px15px17px
Tarix:10/09/13

“Microsoft” “Nokia” mobil telefon istehsalçısını məcburi satın alıb?

Bəzi analitiklərin fikrincə, “Microsoft” korporasiyası Finlandiyanın “Nokia” mobil telefon istehsalçısını məcburi satın alıb: yalnız bu yolla Amerika şirkəti mobil bazarda mövqeyini qoruyub saxlaya bilər. Öz növbəsində “Nokia” şirkəti rəqiblər, ilk növbədə “Apple” və “Samsung” şirkətləri ilə mübarizədə acizliyini etiraf edib.


“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Pace University”dən Darren Xeyz vurğulayıb ki, “Microsoft” seçdiyi strategiyanı düzəltməyə çalışır, çünki “Windows 8” əməliyyat sistemi istifadəçiləri qətiyyən cəlb etməyib.

“Gartner” şirkətindən Karolina Milanezi də oxşar fikrin tərəfdarıdır. O  hesab edir ki, proqram korporasiyası artıq mobil sahədəki tədqiqat və həllərə böyük vəsait yatıracaq.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024